Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın keçmiş Prezidenti Vayra Vike reyberqanı qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqanı qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, foruma olan beynəlxalq marağın önəmi qeyd olundu.

Latviya Respublikasının keçmiş Prezidenti Vayra Vike-Freyberqa Bakıda və Gəncədə gedən sürətli inkişaf proseslərinin onda böyük təəssürat oyatdığını dedi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S.1.