Vətəndaşlıq
borcu
1 oktyabr - Beynəlxalq Ahıllar
Günü Səbail rayonunda geniş şəkildə qeyd
olundu. Əlamətdar günlə əlaqədar Səbailin qədim
qəsəbəsi olan Bibiheybətdə rayonun ahıl, kimsəsiz,
əlil və qayğıya ən çox ehtiyacı olan 150 nəfər
sakini üçün rayon icra hakimiyyəti tərəfindən
bayram süfrəsi açıldı.
Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov yaşlı nəslin
nümayəndələrini salamlayaraq, onlara uzun ömür və
cansağlığı arzulayaraq dövlət tərəfindən
hər bir ahıl vətəndaşın diqqət və
qayğı ilə əhatə olunduğunu bildirib. Qeyd olundu
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
apardığı uğurlu siyasət nəticəsində əldə
olunmuş iqtisadi inkişaf son
illər ərzində pensiya və minimum əməkhaqlarının
məbləğinin dəfələrlə
qaldırılmasına imkan verib. Keçən il, 2006-cı
ilə qədər ölkədə pensiyaya çıxan 900
min vətəndaşın pensiyası 40 faiz artıb, bu ilin
fevralında isə əmək pensiyalarının
sığorta hissəsi 7,9 faizlə indeksləşdirilərək
yenidən hesablanıb. Rayon üzrə bu indeksləşdirmə
12265 nəfər pensiyaçıya şamil edilərək
ümumilikdə 83691,34 manat artım olub və ödənilib.
Gələn il üçün də pensiya və müavinətlərin
artırılması nəzərdə tutulub.
Bu gün Səbail rayonunda
yaşayanların 6,5 faizini (6073 nəfər) yaşı 65-dən
yuxarı olan ahıllar təşkil edir. Müxtəlif
növ və kateqoriyalar üzrə 2515 nəfər sosial
müavinət, 401 ailə (1668
ailə üzvü)
ünvanlı sosial yardım alır. Hər bir ailə
üzvünə 27,91 manat olmaqla, orta hesabla hər bir ailəyə
116,10 manat sosial yardım təyin olunub. Səbail Rayon Əhalinin
Sosial Müdafiə Mərkəzinin Sosial xidmət şöbəsində
370 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər
sosial işçi xidmət göstərir. Təqaüdçülərə
təqaüd və müavinətlərin ödənilməsində
gecikmələrə yol verilmir, onların müraciətləri
nəzərə alınaraq rayonun bir neçə
yaşayış sahəsində, o cümlədən Bibiheybət
qəsəbəsi, 20-ci yaşayış sahələrində
yeni bankomatlar quraşdırılıb. 2012-ci il may ayının 9-da II Dünya
müharibəsində faşizm üzərində qələbənin
67-ci ildönümü münasibəti ilə
Dağüstü Parkda keçirilən mərasimdə
Prezident İlham Əliyev tərəfindən həmin
görüşün iştirakçısı, müharibə
veteranı, Səbail rayon sakini Əli
Surxay oğlu Nəsirova 3 otaqlı mənzil verilib. Sonra icra
başçısı Asif Əsgərov rayonda aparılan
genişmiqyaslı abadlıq-quruculuq işləri barədə
məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı
üçün görülməsi nəzərdə tutulan
işlərdən danışaraq bildirdi ki, bu işlərin həyata
keçirilməsində veteran və yaşlı nəsil
nümayəndələrinin hər zaman məsləhət və
təkliflərinə böyük ehtiyac var.
Tədbirdə Səbail Rayon Veteran Təşkilatları
Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı
Ömər Ağayev, Qızıl Aypara Cəmiyyəti Səbail
rayon bölməsinin sədri Adilə Yaqubova və respublika
Veteranlar Şurasının məsul katibi Əlifaim
İsmayılov çıxış edərək rayonda ahıl
və veteranlarla bağlı görülən işlərdən,
onlara göstərilən diqqət və qayğıdan
danışaraq bu işlərə görə dövlət
başçısına öz minnətdarlıqlarını
bildirdilər.
Görüşdə iştirak edən
ahıllara RİH tərəfindən ərzaq
bağlamaları təqdim olundu. Tədbirdə respublikamızın
tanınmış incəsənət xadimlərinin
iştirakı ilə konsert proqramı təşkil edildi.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
2 oktyabr.- S. 7.