Çin Xalq
Respublikasının sədri zati-aliləri cənab Hu Szintaoya
Hörmətli cənab Sədr!
Milli bayramınız - Çin
Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün
xalqınızı şəxsən öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən
təbrik edirəm.
Bu gün Azərbaycan-Çin
münasibətləri dinamik və hərtərəfli
inkişaf yolundadır. Dost ölkələrimiz
arasında daim genişlənən işgüzar əlaqələr, bir sıra sahələri əhatə edən
səmərəli əməkdaşlığımız dərin
tarixi kökləri olan
ənənələrimizin yeni müstəvidə
inkişafının bariz ifadəsidir.
Əminəm ki, yüksək səviyyəli dövlətlərarası
münasibətlərimiz, beynəlxalq qurumlar
çərçivəsində qarşılıqlı dəstəyimiz
bundan sonra da ölkələrimizin mənafelərinə,
xalqlarımızın rifahına xidmət edəcəkdir.
Hörmətli cənab Sədr, belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Çin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 27 sentyabr 2012-ci
il
Azərbaycan.-2012.-
2 oktyabr.- S.1.