Almaniya Federativ Respublikasının Prezidenti
zati-aliləri cənab
Yoaxim Qauka
Hörmətli cənab Prezident!
Almaniya Federativ
Respublikasının milli
bayramı - Alman Birliyi Günü münasibətilə Sizə
və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Biz Azərbaycan-Almaniya
münasibətlərinin inkişafına
böyük əhəmiyyət
veririk. Xalqlarımızı birləşdirən çoxşaxəli
dostluq əlaqələri,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
geniş əhatə dairəsi bu mənada xüsusi məmnunluq doğurur.
Ümidvaram ki, ikitərəfli
qaydada həyata keçirdiyimiz işlərin
müvəffəqiyyətlə davam etdirilməsi, eləcə də Avropa strukturları çərçivəsində tərəfdaşlığımızın dərinləşdirilməsi yolunda
bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Hörmətli cənab Prezident, belə bir əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Almaniya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 27 sentyabr 2012-ci
il
Azərbaycan.-2012.-
3 oktyabr.- S.1.