Koreya Respublikasının
Prezidenti zati-aliləri
cənab Li Men Baka
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı
- Dövlətin Yaranması
Günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan
Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətləri, daim
genişlənən əməkdaşlığımız
bundan sonra da xalqlarımızın rifahına töhfələr
verəcəkdir.
Hörmətli cənab Prezident, bu bayram
günündə Sizə
möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
Koreya Respublikasının
dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 27 sentyabr 2012-ci
il
Azərbaycan.-2012.-
3 oktyabr.- S.1.