Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayevanı qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayevanı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edildi.

Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan xanım Roza Otunbayeva Bakıda, Gəncədə və respublikamızın digər regionlarında böyük infrastruktur layihələrinin həyata keçirilməsinin şahidi olduğunu dedi, ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurların onda dərin təəssürat yaratdığını qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.1.