Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Estoniyanın  keçmiş Prezidenti Arnold Rüüteli qəbul etmişdir.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumuna marağın ildən-ilə artdığı vurğulandı, müzakirə olunacaq mövzuların əhəmiyyəti qeyd edildi, qarşıda duran məsələlərin həlli ilə bağlı ümumi meyarların işlənib hazırlanması baxımından forumun vacibliyi bildirildi. Forumda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrinin iştirakının önəmi qeyd olundu.

Görüşdə həmçinin Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğu bildirildi, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.1.