Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Fikrət Akçuranı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

BMT-nin rezident əlaqələndiricisi Fikrət Akçuranın ölkəmizlə BMT arasında əməkdaşlığın genişləndirilməsi işindəki xidmətlərini vurğulayan dövlətimizin başçısı onun Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi və gələcək fəaliyyətində uğurlar arzuladı.

Fikrət Akçura ölkəmizdə gedən davamlı inkişaf proseslərinin önəmini vurğuladı, Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu ifadə etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 3 oktyabr.- S.1.