İtaliyada keçirilən «Musica Dei Popoli»
Beynəlxalq musiqi
festivalında azərbaycanlı xanəndənin
ifası maraqla qarşılanmışdır
İtaliyada "Musica Dei Popoli" Beynəlxalq musiqi festivalı keçirilmişdir.
AzərTAc xəbər verir ki, beynəlxalq tədbirdə ölkəmizi
tanınmış xanəndə
Qoçaq Əsgərov
təmsil etmişdir.
Sentyabrın 29-da böyük salonda minlərlə tamaşaçı
qarşısına çıxan
musiqiçilərimizin ifasında
Azərbaycan muğamları,
xalq mahnıları və təsniflər təqdim olunmuşdur. Tamaşaçılar musiqiçilərimizin çıxışlarını,
xüsusilə xanəndə
Qoçaq Əsgərovun
ifasında muğam və xalq mahnılarımızı
alqışlarla qarşılamışlar.
Konsert proqramının
gedişində Q.Əsgərovun
bir müddət əvvəl İtaliyada buraxılan diski satışa çıxarılmışdır. Azərbaycan muğamının
pərəstişkarları diski böyük maraqla əldə etmişlər.
Həmişə
olduğu kimi, "Musica Dei Popoli" Beynəlxalq musiqi
festivalında da xanəndəni
tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov,
balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov
müşayiət etmişlər.
Azərbaycan.-2012.- 3 oktyabr.- S.8.