Prezident İlham Əliyev İSESCO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini
qəbul etmişdir.
İSESCO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri təşkilatın fəaliyyətinə
göstərdiyi yüksək qayğıya və dəstəyə
görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi
dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz
bin Osman əl-Tüveycrinin Bakı Beynəlxalq Humanitar
Forumunda iştirakının önəmini qeyd etdi.
Görüşdə Bakı Beynəlxalq
Humanitar Forumunun əhəmiyyəti vurğulandı, forumun
artıq ənənəyə çevrildiyi məmnunluqla qeyd
olundu. Görüşdə həmçinin Azərbaycan ilə
İSESCO arasında uğurlu əməkdaşlığın
bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə
edildi.
AzərTAc
Azərbaycan.-2012.-
4 oktyabr.- S.1.