Azərbaycan Prezidenti İlham Əliyev
Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 3-də Bolqarıstanın
keçmiş Prezidenti
Georgi Pırvanovu qəbul etmişdir.
Bolqarıstanın keçmiş Prezidenti
Georgi Pırvanovun Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətini
qeyd edən dövlət başçısı
tədbirə dünyada
və regionda böyük marağın
olduğunu bildirdi. Forumda 70-dən
çox ölkədən
600-dən artıq nümayəndənin
iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev tədbiri humanitar əməkdaşlıq sahəsində
mühüm beynəlxalq
layihə kimi dəyərləndirdi.
Georgi Pırvanov Bolqarıstanın
dövlət başçısı vəzifəsində
çalışarkən Azərbaycan Prezidenti İlham Əliyevlə
həyata keçirdikləri birgə səylər nəticəsində
ölkələrimiz arasında əməkdaşlıq
münasibətlərinin yüksək səviyyəyə
qalxdığını məmnunluqla qeyd etdi. Georgi Pırvanov
dostluq əlaqələrinin gələcəkdə də davam
etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
4 oktyabr.- S.1.