Azərbaycan Prezidenti İlham Əliyev
İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 3-də İtaliya
Respublikasının keçmiş
xarici işlər naziri Franko Frattinini
qəbul etmişdir.
Görüşdə Bakı Beynəlxalq
Humanitar Forumunun ölkələrarası əməkdaşlığın
genişləndirilməsi baxımından
önəmi qeyd olundu, Foruma marağın getdikcə daha da artdığı
bildirildi.
Görüşdə həmçinin Azərbaycan
ilə İtaliya arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olundu, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığına dair məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
4 oktyabr.- S.1.