Bir sıra məhkəmələrin sədrlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Əsgərov Qürbət Ağa oğlu Şirvan Apelyasiya Məhkəməsinin sədri təyin edilsin.

 

2. Aşağıdakı şəxslər ağır cinayətlər məhkəmələrinin sədrləri təyin edilsinlər:

 

Cəfərov Mahmud Məhəmməd oğlu - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri

Süleymanov Elxan Xasay oğlu - Şəki Ağır Cinayətlər Məhkəməsinin  sədri

 

3. Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin sədrləri təyin edilsinlər:

 

Rzayev Rəşid Şükür oğlu - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri

Qasımov Elçin Lütvəli oğlu - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri

 

4. Aşağıdakı şəxslər hərbi məhkəmələrin sədrləri təyin edilsinlər:

 

Həsənov Həbib Bəhram oğlu - Bakı Hərbi Məhkəməsinin sədri

Quliyev Xıdır İnqilab oğlu - Gəncə Hərbi Məhkəməsinin sədri

Bəşirov Kamil Sücəddin oğlu - Füzuli Hərbi Məhkəməsinin sədri

 

5. Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:

 

Hacıyev Sədrəddin Abuzər oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri

Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Qaralov İlqar Zahid oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri

Kazımov Araz Nurəddin oğlu - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri

Paşayev Tofiq Temir oğlu - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri

Qafarov Ağamalı Məmməd oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri

Əkbərov Məhəmməd Hüseyn oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri

Abbasov İlqar Eyvaz oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri

Hüseynov Araz Firidun oğlu - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri

Mahmudov İlham Ağa oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Cəfərov Ələddin Adil oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri

Səmədov Əşir Rəşid oğlu - Abşeron Rayon Məhkəməsinin sədri

Səmədov Ağarza Hacırza oğlu - Bərdə Rayon Məhkəməsinin sədri

Tağıyev Əli Yunis oğlu - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri

Əfəndiyev Fərhad Məmməd oğlu - Göyçay Rayon Məhkəməsinin sədri

Həsənova Elmira Xandəmir qızı - Göygöl Rayon Məhkəməsinin sədri

Paşayev Əlövsət Bəhrəm oğlu  - Xaçmaz Rayon Məhkəməsinin sədri

Hacıyev Qurban Həmid oğlu - İmişli Rayon Məhkəməsinin sədri

Ləzimov Sulduz Paşa oğlu - Kürdəmir Rayon Məhkəməsinin sədri

Nuriyev İlham Qubad oğlu - Qazax Rayon Məhkəməsinin sədri

Pənahov Füzuli Novruzəli oğlu - Quba Rayon Məhkəməsinin sədri

Kazımov Rasim Sarı oğlu - Mingəçevir Şəhər Məhkəməsinin sədri

İbrahimov Elməddin Elyas oğlu - Neftçala Rayon Məhkəməsinin sədri

Qarayev Malik İbrahim oğlu - Sabirabad Rayon Məhkəməsinin sədri

Tağıyev Xəqani Qəhrəman oğlu - Salyan Rayon Məhkəməsinin sədri

Nuriyev Mehman Bağış oğlu - Şəki Rayon Məhkəməsinin sədri

Baxşıyev Qafil Yavər oğlu - Şəmkir Rayon Məhkəməsinin sədri

Qurbanov Elçin Firudin oğlu -Şirvan Şəhər Məhkəməsinin sədri

Məmmədov Könül Cəlal oğlu - Tovuz Rayon Məhkəməsinin sədri

Abbasov Qələmdar Ələmdar oğlu - Yevlax Rayon Məhkəməsinin  sədri

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S. 1.