Respublikasının Nazirlər Kabineti qərar
¹ 218 Bakı şəhəri, 2 oktyabr 2012-ci il
"Məktəbəqədər təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli fərmanının 1.22-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Məktəbəqədər
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"
təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikası Məktəbəqədər
tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1995-ci il 17 yanvar tarixli 12 nömrəli qərarı
ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2012.-
4 oktyabr.- S.2.