Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹4/13

 

 Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədova 2012-ci il  oktyabrın 1-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından imtina etməsini bildiribbu barədə qanunla müəyyən edilmiş qaydada qərarın qəbul edilməsini xahiş etmişdi.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı özü imtina etdikdə deputat mandatından məhrum edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.

Həmin Məcəllənin 176.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda, Mərkəzi Seçki Komissiyası tərəfindən qərar qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müraciəti  əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci və 176.3-cü maddələrinə uyğun olaraq qərara  alır:

1. Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədova deputat mandatından məhrum edilsin.

2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S. 3.