Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

 Qərar ¹4/14

 

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Parlar Oruc oğlu Əskərov 1 saylı Şərur-Sədərək, Elşad Qabil oğlu Rəhimov 8 saylı Binəqədi birinci, Nüsrət Hadı oğlu Məmmədov 103 saylı Gədəbəy, Yaşar Cabbar oğlu Əsgərov 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Rəbbin Asəf oğlu Vəliyev 1 saylı Şərur-Sədərək, Tahir Şirin oğlu Bilalov 80 saylı İmişli-Beyləqan, Pakizə Vəli qızı Abdullayeva 93 saylı Bərdə şəhər, Fatma Hüseyn qızı Abdullayeva 93 saylı Bərdə şəhər, İlqar Namiq oğlu Rüstəmov 103 saylı Gədəbəy, Kamran Əli oğlu Əsgərov 104 saylı Gədəbəy-Tovuz, Kamil Fazil oğlu Mehdiyev 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S. 3.