Hankuk Xarici Dillər Universitetinin rektoru Bakı Dövlət Universitetində olmuşdur

 

 Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru, ispan ədəbiyyatı üzrə alim Çul Park bu ali təhsil ocağının xarici əlaqələr üzrə dekanı, xarici dillər fakültəsinin professoru Tae Yeonb Janq oktyabrın 3-də Bakı Dövlət Universitetində olmuşlar.

AzərTAc xəbər verir ki, burada keçirilən görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi universitetin yaranma inkişaf tarixi, fəaliyyəti beynəlxalq əlaqələri, proqram qrant layihələrində iştirakı barədə məlumat vermişdir.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin tamam olduğunu vurğulayan rektor Koreyanın ölkəmizi müstəqil dövlət kimi tanıyan ilk respublikalardan biri olduğunu qeyd etmişdir.

Akademik A.Məhərrəmov ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləmiş, əməkdaşlığın inkişafına hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin töhfə verdiyini bildirmişdir.

Artıq 2007-ci ildən universitetdə Koreya dili ədəbiyyatının tədris olunduğunu diqqətə çatdıran rektor həmin ixtisas üzrə 38 tələbənin təhsil aldığını demişdir.

Rektor BDU-nun tətbiqi riyaziyyat fakültəsi tələbələrinin Koreyanın KAİST Universitetində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini, onların əksəriyyətinin İKT üzrə hazırlıqlı kadrlar kimi Azərbaycana dönəcəklərini bildirmişdir.

A.Məhərrəmov universitetdə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin iki ölkə arasındakı dostluq əməkdaşlığın inkişafında rolundan danışmış, tədqiqatçı doktorantların mübadiləsinin, professor müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımın, seminar konfransların təşkilinin maraq doğuran layihə proqramlarda tərəflərin birgə iştirakının vacibliyini vurğulamışdır.

Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Park səmimi görüşdən  məmnunluğunu ifadə etmiş ölkələrimiz arasındakı elm, təhsil əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.

Ç.Park həmçinin rəhbərlik etdiyi ali təhsil ocağının Mərkəzi Asiyada ilk olaraq Azərbaycan-Türkiyə dilinin tədrisi kafedrasının fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Qonaq ölkəsinin gələcəkdə iki ali təhsil ocağı arasında tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını da vurğulamışdır.

Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılmış gələcəkdə iki qurum arasında müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi haqqında razılıq əldə olunmuşdur.

Koreyalı alimə xatirə hədiyyəsi təqdim olunmuşdur.

Koreyalı qonaqlar daha sonra BDU-da yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.7.