Azərbaycan ilə Misiri ortaq tarixi və mədəni dəyərlər birləşdirir

 

 "Azərbaycan ilə Misiri ortaq tarixi və mədəni dəyərlər birləşdirir. Azərbaycana artıq beşinci dəfədir ki, gəlirəm. Hər səfərimdə xalqlarımız arasındakı ortaq tarixi, mədəni dəyərlərin yüksək səviyyədə olduğunu müşahidə edirəm".

Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Misirin Ayn-Şəms Universitetinin professoru Safsafi əl-Qatori AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycan ilə Misir arasında digər sahələr kimi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan qonaq Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris edildiyini bildirmişdir. Artıq bu sahədə təhsil alan 150-dən artıq tələbə məzun olmuşdur. Bu tələbələrdən bir qismi bir müddət əvvəl Bakıda olmuşburadan xoş təəssüratla ayrılmışlar.

Azərbaycan ilə bağlı "Atəş və nur ölkəsi" adlı kitab qələmə aldığını diqqətə çatdıran S. əl-Qatori ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Forumda iştirakından məmnunluğunu vurğulayan qonaq Azərbaycanın artıq belə mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrilməsini sevindirici hal kimi qiymətləndirmişdir.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.8.