Azərbaycan Prezidenti
İlham Əliyev Yunanıstanın sabiq xarici
işlər naziri Dora Bakoyannis ilə
görüşmüşdür
Oktyabrın 4-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan
Respublikasının sabiq xarici işlər naziri Dora Bakoyannis
ilə görüşmüşdür.
Görüşdə Bakı Beynəlxalq
Humanitar Forumunun əhəmiyyəti vurğulandı, onun
ölkələr və xalqlar arasında humanitar əlaqələrin
inkişafına töhfə verdiyi bildirildi.
Görüşdə, həmçinin
Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli
münasibətlərin uğurlu inkişafından məmnunluq
ifadə olundu.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.4.