Azərbaycan Prezidenti
İlham Əliyev Argentinanın Deputatlar Palatasının
Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario
Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşmüşdür
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də
Argentina Respublikasının Deputatlar Palatasının Azərbaycan-Argentina
dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleronun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Görüşdə Bakıda
keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti
qeyd edildi, forumun dünyada beynəlxalq humanitar əməkdaşlığın
inkişafına töhfə verəcəyi bildirildi. Son illərdə
ölkələrimiz arasında əlaqələrin
bütün sahələrdə, o cümlədən siyasi,
iqtisadi və mədəni sahələrdə inkişaf
etdiyinin qeyd olunduğu görüşdə parlamentlərarası
əməkdaşlığın önəmi
vurğulandı, qarşılıqlı səfərlərin
ikitərəfli əlaqələrin inkişafına töhfə
verdiyi bildirildi.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.4.