Azərbaycan ilə Bolqarıstan arasında hər zaman səmərəli dialoq mövcuddur

 

 Oktyabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov ilə görüşmüşdür.

Bakı Beynəlxalq Humanitar Forumunu mühüm hadisə kimi dəyərləndirən Azərbaycanın birinci xanımı tədbirdə müzakirə olunan  məsələlərin, qəbul edilən qərarların reallaşacağına ümidvar olduğunu dedi.

Mehriban xanım Əliyeva müasir dövrdə humanitar sahədə əməkdaşlığın rolunu vurğuladı.

Foruma dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Georgi Pırvanov Azərbaycan ilə Bolqarıstan arasında hər zaman səmərəli dialoqun olduğunu qeyd etdi. Bolqarıstanın sabiq prezidenti gələcəkdə də bu dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.4.