Argentina Azərbaycan
ilə bütün sahələrdə əlaqələrin
inkişafında maraqlıdır
Oktyabrın 4-də Milli
Məclisin Sədri Oqtay Əsədov
Bakıda səfərdə olan Argentina Milli Konqresinin Argentina-Azərbaycan dostluq
qrupunun üzvləri ilə görüşüb.
Oqtay Əsədov bildirib
ki, qarşılıqlı səfərlər
və keçirilən görüşlər ikitərəfli
münasibətlərin, xüsusən də parlamentlərarası
əlaqələrin daha da
yaxşılaşmasına xidmət edir.
Azərbaycan Argentina ilə müxtəlif
sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. İki ölkə
arasında imzalanmış sənədlər münasibətlərin
inkişafının hüquqi
bazasını təşkil edir.
Hazırda əlaqələrin möhkəmlənməsinə
və genişlənməsinə xidmət edən onlarla sənəd baxılmaq üzrədir. O.Əsədov
diqqətə çatdırıb ki, Milli Məclis Argentina parlamenti ilə mövcud
münasibətləri dərinləşdirmək niyyətindədir:
"Hesab edirik ki, bu, xalqlarımız və
ölkələrimiz arasında sıx əlaqələrin
yaradılması baxımından olduqca vacibdir. Argentina Milli Konqresinin hər iki palatasında ölkəmizlə dostluq qruplarının yaradılmasını
alqışlayırıq. Milli Məclisdə
də belə bir qrup
fəaliyyət göstərir. Bu
qrupların parlamentlərarası əlaqələrin daha da intensivləşməsinə
mühüm töhfə verəcəyinə
inanırıq".
Milli Məclisin Sədri onu
da vurğulayıb ki,
iki ölkə arasında iqtisadi
əməkdaşlığın genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə son illər yüksəliş müşahidə
olunmaqdadır. Mövcud imkanlardan
maksimum istifadə olunması ticarət
dövriyyəsinin artımına müsbət təsirini
göstərə bilər.
Argentina Milli Konqresinin Argentina-Azərbaycan dostluq
qrupunun rəhbəri Roberto
Mario Mouilleron ölkəmizə
səfərlərindən məmnun qaldığını
söyləyib. O, Bakıda keçirilən İkinci
Beynəlxalq Humanitar Forumda
iştiraklarını və səfər çərçivəsində
keçirdikləri görüşləri yüksək dəyərləndirib.
Qonaq bildirib ki, Argentina Cənubi
Qafqazın bu bölgəsi ilə əlaqələrin
inkişafına böyük önəm verir.
Parlamentlər səviyyəsində
münasibətlərin daha da dərinləşməsinin əhəmiyyətindən
danışan qonaq hər iki
ölkənin regionları arasında da əlaqələrin
qurulmasının vacibliyini qeyd edib.
Roberto Mario Mouilleron ümidvar olduğunu bildirib ki, Bakıda Argentina səfirliyi
fəaliyyətə başladıqdan sonra
Azərbaycanla əlaqələr daha intensiv xarakter alacaqdır.
Görüşdə parlamentlərarası
əlaqələrin inkişaf perspektivləri, regional
münaqişələrin həlli yolları, iqtisadiyyatın
qeyri-neft sektorunda əməkdaşlığın dərinləşməsi
və digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2012.- 5 oktyabr.-
S.4.