Yunanıstanın
tanınmış ictimai-siyasi xadimi Azərbaycan Diplomatik Akademiyasında mühazirə oxumuşdur
Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün
Bakıya gəlmiş Yunanıstanın sabiq
informasiya texnologiyaları naziri,
parlamentin sabiq üzvü, tanınmış ictimai-siyasi
xadim Andreas Andrianopoulos oktyabrın 4-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Beynəlxalq
münasibətlərdə qlobal risklər
və çətinliklər" mövzusunda
mühazirə oxumuşdur.
A.Andrianopoulos Bakıda keçirilən Beynəlxalq
Humanitar Forumun əhəmiyyətini
qeyd etmiş, forumun dünyada beynəlxalq
humanitar əməkdaşlığın
inkişafına töhfə verəcəyini bildirmişdir.
Azərbaycan
iqtisadiyyatının dünya
iqtisadiyyatının tərkib hissəsinə çevrildiyini
və ölkənin istənilən geosiyasi
risklərə dayanıqlı olduğunu xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, dünyada böyük problemlər yaratmış iqtisadi böhran Azərbaycana
çox az təsir etmiş, digər
ölkələr isə bu böhrandan ciddi zərər
çəkmişlər.
A.Andrianopoulos bildirmişdir ki, enerji sektoru
Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir. Azərbaycan
Cənubi Qafqazda ən güclü
dövlətdir. Azərbaycan Qərbin mühüm
qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin
təminatçılarından birinə çevrilmişdir.
Eyni zamanda Azərbaycan
xarici siyasət sahəsində də böyük uğurlara nail olmuşdur.
Ölkədə
həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin
bütün sahələrinin inkişaf etdiyini deyən A.Andrianopoulos bu istiqamətdə
ADA-nın fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonda A.Andrianopoulos tələbələri
maraqlandıran sualları cavablandırmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.6.