Belçika parlamentinin fəxri sədri Anna Marie LİZİN: Azərbaycan son illərdə iqtisadi sahədə böyük uğurlar əldə etmişdir

 

 "Azərbaycan son illərdə iqtisadi sahədə böyük uğurlar əldə etmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan xüsusən, etnik və dini tolerantlıq baxımından da dünyada nadir ölkələrdən biridir". Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belçika parlamentinin fəxri sədri Anna Marie Lizin AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycana yenidən gəlməkdən məmnunluğunu diqqətə çatdıran qonaq bildirmişdir ki, forumda elm, təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə tanınmış şəxslər görüşüb maraqlı və faydalı fikir mübadiləsi aparacaqlar. "Mən bu mötəbər tədbirin səmərəli olacağına əminəm. Azərbaycanın belə forumların keçirilməsindəki böyük təcrübəsi bunu deməyə əsas verir".

 

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.6.