Dora BAKOYANNIS: Bakı Beynəlxalq
Humanitar Forumu sivilizasiyalararası
dialoqun inkişafına mühüm töhfələr verəcək
İlk
növbədə, qeyd etmək istəyirəm ki, yenidən Azərbaycanda
olmaqdan çox məmnunam. Mən demək olar ki, hər il
Bakıya gəlirəm. Bakı Beynəlxalq Humanitar Forumunda
keçən il də iştirak etmişəm. Bu mötəbər
tədbir dünyanın bir çox ölkələrindən
nüfuzlu şəxsləri bir araya gətirərək həlli
vacib məsələlərin müzakirəsi
üçün gözəl imkanlar yaradır.
Bu sözləri Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak edən Yunanıstanın sabiq xarici
işlər naziri xanım Dora Bakoyannis AzərTAc-a müsahibəsində
söyləmişdir.
Xanım D.Bakoyannis əmin olduğunu
bildirmişdir ki, forum beynəlxalq humanitar əməkdaşlığın
möhkəmləndirilməsinə, sivilizasiyalararası
dialoqun inkişaf etdirilməsinə mühüm töhfələr
verəcəkdir.
Azərbaycanın zəngin mədəniyyətə
malik olduğunu qeyd edən xanım D.Bakoyannis beynəlxalq
miqyasda ölkəmizə artan marağı məmnunluqla
vurğulamışdır.
Hər səfərində Bakıda
gördüyü sürətli dəyişikliklərin onu
heyran etdiyini deyən Yunanıstanın sabiq xarici işlər
naziri Azərbaycanın bu cür mötəbər tədbirlərə
ev sahibliyi etməsini ölkəmizin dünyada nüfuzunun daha
da artması ilə əlaqələndirmişdir.
Xanım D.Bakoyannis forumun yüksək səviyyədə
təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür
etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
5 oktyabr.- S.6.