Qriqori BELENKI: Mən çox şadam ki, Bakı bu gün bu qədər görkəmli insanları bir yerə toplamışdır

 

 Mən çox şadam ki, Bakı bu gün bu qədər görkəmli insanları bir yerə toplamışdır.

Bu sözləri İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Bakıda doğulmuş və keçən əsrin 90-cı illərində Amerikaya köçmüş ABŞ alimi Qriqori Belenki AzərTAc-a müsahibəsində demişdir.

Alim əmin olduğunu bildirmişdir ki, bu forumun keçirilməsi həm Azərbaycanda elmin inkişafına, həm də elmi qüvvələrin formalaşmasına öz təsirini göstərəcəkdir. Qriqori Belenki demişdir: "Azərbaycanda elmin inkişafına yönəldilmiş səylər, şübhəsiz, müsbət nəticələr verəcəkdir. Biz bunu tezliklə görəcəyik, bu, mütləq olacaqdır".

Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qriqori Belenki Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilmişdir.

 

 

Azərbaycan.-2012.- 5 oktyabr.- S.6.