Filip NOBEL: «Bakı yüksək dərəcədə inkişaf etmişdir»

 

 "Azərbaycanda olmağımdan çox məmnunam. Ölkənizdə bütün sahələrdə inkişafın şahidi oldum".

Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Nobel Cəmiyyətinin sədri Filip Nobel demişdir.

Humanitar Forumun əhəmiyyəti haqqında danışan F.Nobel son dövrlərdə mədəniyyətlərarası dialoqun inkişafının vacibliyini qeyd etmişdir.

Azərbaycana ikinci dəfədir səfər etdiyini deyən F.Nobel  Bakıda yeni tikilən möhtəşəm binaların onu heyrətləndirdiyini bildirmişdir. F.Nobel demişdir: "Məni ən çox valeh edən isə Bakıda müasir binaların tikilməsi ilə yanaşı, qədim tikililərin tarixiliyinin qorunub saxlanılmasıdır".

Nobel Cəmiyyətinin sədri bu ilin mayında Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini də vurğulamışdır.

 

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.7.