Rau YOHANNES: «Bakı Beynəlxalq
Humanitar Forumunun Azərbaycan Prezidenti
İlham Əliyevin himayəsi altında keçirilməsi
onun əhəmiyyətini daha da artırır»
"Bakı
Beynəlxalq Humanitar Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin
himayəsi altında keçirilməsi onun əhəmiyyətini
daha da artırır".
Bu fikirləri Humanitar Forumda iştirak
etmək üçün Bakıda səfərdə olan Beynəlxalq
Təhlükəsizlik üzrə Elmi Forumun professoru Rau
Yohannes AzərTAc-a müsahibəsində söyləmişdir.
Azərbaycanın çox vacib
coğrafi məkanda yerləşdiyini deyən R.Yohannes qeyd
etmişdir ki, Bakı kimi mədəniyyətlərin
qovuşduğu bir şəhərdə belə tədbirlərin
keçirilməsi insanların yaxınlaşmasında
mühüm əhəmiyyətə malikdir.
Humanitar Forumun keçirilməsini
yüksək qiymətləndirdiyini bildirən professor diqqətə
çatdırmışdır ki, bu beynəlxalq tədbir
müxtəlif ölkələrdən olan insanların bir
araya gələrək onları narahat edən məsələləri
müzakirə etmək üçün əvəzsiz
platformadır.
Azərbaycan.-2012.-
4 oktyabr.- S.7.