Franko FRATTİNİ: «Bakı Beynəlxalq Humanitar Forumu dünya üçün olduqca əhəmiyyətli bir tədbirdir»

 

"Bakı Beynəlxalq Humanitar Forumu təkcə Azərbaycan üçün deyil, dünya üçün olduqca əhəmiyyətli bir tədbirdir".

Bu fikirləri Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini müsahibəsində demişdir.

Keçmiş xarici işlər naziri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən bu forum sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır. Belə bir forumun məhz Azərbaycanda keçirilməsi çox əlamətdardır. Azərbaycan, doğrudan da, Avropa ilə Asiya arasında körpüdür.

F.Frattini vurğulamışdır ki, Azərbaycan Prezidentinin müdrikliyi düşünülmüş siyasət forumu başlıca məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün gərəkli bir məkana çevirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 4 oktyabr.- S.7.