Bakı Beynəlxalq Humanitar Forumunun BƏYANNAMƏSİ
Biz, 2012-ci il oktyabrın 4-5-də Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün
müxtəlif ölkələrin Bakıda
toplaşmış siyasət, elm, təhsil,
mədəniyyət və kütləvi informasiya
vasitələri nümayəndələri
Birləşmiş
Millətlər Təşkilatının "Minillik
Bəyannaməsi"ni rəhbər tutaraq
və qloballaşma prosesinə ədalətli
xarakter verilməsinin vacibliyini
qəbul edərək,
siyasi və elmi
elitanı, nüfuzlu beynəlxalq
strukturları dinamik qloballaşan
cəmiyyətdə humanitar problemlərə
xüsusi diqqət yetirməyə
çağıraraq,
müasir dövrdə elmin
və texnikanın tərəqqisinin insanı, cəmiyyəti
və bütövlükdə sivilizasiyanı dərin dəyişikliklərə
məruz qoyduğunu qeyd
edərək,
- İqtisadi inkişafın humanitar aspektləri
- Konvergent texnologiyalar və gələcəyin konturları
- Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar
- Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər
sistemi
- XXI əsrdə qloballaşma proseslərinə
yeni metodoloji yanaşmalar
- Müasir səhiyyəyə baxışları
dəyişən texnologiyalar
və molekulyar biologiya
- Multikulturalizm və mədəni özünüdərk
- Cəmiyyətin həyatında multikulturalizm
kimi humanitar problemlərin nəzərdən keçirilməsinin
vacibliyini vurğulayaraq,
dayanıqlı iqtisadi inkişafın insan kapitalının yeni keyfiyyətlərini tələb etməsini və bütövlükdə
insan amilini nəzərə almadan onun gerçəkləşdirilməsinin
qeyri-mümkünlüyünü dərk edərək,
qlobal dəyişikliklər və
elmin, konvergent texnologiyaların sürətlə
inkişaf etdiyi dövrdə yaşadığımızı
nəzərə alaraq,
bugünkü texnologiyaların nəinki
dünya siyasətini,
cəmiyyətləri, milli
mədəniyyətləri, hətta insan fenomeninin özünü belə köklü şəkildə dəyişmək
iqtidarında olduğunu
etiraf edərək,
müasir cəmiyyətin həyatında
kütləvi informasiya
vasitələrinin və
sosial şəbəkələrin
rolunun getdikcə artması ilə bağlı meydana çıxan problemlərə
yeni yanaşmaların
tələb olunduğunu
nəzərə alaraq,
yaranmış şəraitdə mədəniyyətin
hər bir insan üçün və bütövlükdə
bəşəriyyət üçün
taleyüklü əhəmiyyət
kəsb etdiyini vurğulayaraq,
postmodern dövrünə
xas yeni mədəni kontekstin ənənəvi dəyərləri,
stereotipləri və yanaşmaları alt-üst
etməsinin yaşadığımız
zamanın xüsusiyyətlərindən
birinə çevrilməsini
qeyd edərək,
qloballaşmanın yeni-yeni aspektlərini, onların ictimai və sosial-mədəni proseslərə təsirini
nəzərə alaraq,
müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən
bio-, nano-, info- və digər texnologiyaların yeni humanitar etikanın formalaşdırılması
məsələsini son dərəcə
aktuallaşdırdığına diqqəti yönəldərək,
qloballaşma şəraitində multikulturalizm
konsepsiyasına yeni həyat verilməsinin zəruriliyini anlayaraq və onun mədəni
müxtəlifliyin, mədəniyyətlərarası
dialoqun formalaşması
üçün ən
sanballı vasitə olduğunu qəbul edərək,
forumda qloballaşma proseslərinin
nəticəsi olaraq yaranan, elmin, texnikanın inkişafı
və informasiya cəmiyyətinin bərqərar
olması ilə meydana çıxan çox sayda humanitar problemlərlə bağlı aparılmış
müzakirələrin yüksək
dərəcədə səmərəli
olduğunu vurğulayırıq;
Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində aparılmış hərtərəfli
və müxtəlif səviyyəli dialoqun zamanımızın aktual
çağırışlarına adekvat olduğunu düşünürük;
multikulturalizm konsepsiyasına yeni yanaşmanın və onun müasir cəmiyyətdə getdikcə
daha böyük əhəmiyyət kəsb
etdiyini təsdiqləyirik;
dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından
istifadənin vacibliyini
və onun həm müxtəlif mədəniyyətlərin inkişafı,
həm də bütün bəşəriyyətin
əldə etdiyi mədəni nailiyyətlərin
qorunması və zənginləşməsində əhəmiyyətini qeyd edirik;
multikulturalizm problemlərinin fəlsəfi
və etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik və dözümsüzlüyün
qarşısını almaq
üçün kütləvi
informasiya vasitələrində
lazımınca işıqlandırılmasının
vacibliyinə xüsusi
diqqət yetiririk;
dünya ictimaiyyətini, siyasətçiləri
və alimləri Azərbaycanın dünyada
multikulturalizm problemlərinin
tədqiqi üzrə
xüsusi mərkəzin
yaradılması ilə
bağlı təşəbbüsünü
hamılıqla müdafiə
etməyə çağırırıq;
dünyanın müxtəlif regionlarında
getdikcə artan qarşıdurma meyilləri
ilə yanaşı, əməkdaşlığa və
qarşılıqlı anlaşmaya
zəmin yaradan hazırkı proseslərin
universitetlərdə, elmlər
akademiyalarında və
ayrı-ayrı fondlarda
elmi fəaliyyətin diqqət mərkəzində
dayanmalı olduğunu
düşünürük;
elmin sürətli inkişafının
yeni elmi paradiqmanın təşəkkülünə
yol açdığını
və onun təhsildə öz əksini tapmasının zəruri olduğunu etiraf edirik;
konvergent texnologiyaların gələcək
üçün rolunu
və əhəmiyyətini
vurğulayırıq;
nano-, bio-, info- və koqnitiv texnologiyaların inkişafına və onlardan lazımınca istifadəyə böyük
diqqət yetirilməsini
vacib sayırıq;
hər bir cəmiyyətin ənənəvi xüsusiyyətlərini
nəzərə alaraq,
onun inkişaf prosesinin özünəməxsusluğunu
və müxtəlifliyini
dərk edirik;
tarixdə analoqu olmayan fenomen kimi informasiyanın
formalaşması və
yayılması prosesində
yeni texnologiyaların və sosial şəbəkələrin rolunun
artmasını etiraf edirik;
beynəlxalq qurumları
və müxtəlif humanitar təşkilatları
dövlətlər, vətəndaş
cəmiyyətləri və
konfessiyalar arasında
tolerantlıq mühiti
yaratmağa və sivilizasiyalararası münaqişələrin
qarşısını almağa
xidmət edən əsl mədəniyyətlərarası
dialoqun gerçəkləşdirilməsi
məqsədi ilə forumlar, konfranslar, müzakirələr və
"dəyirmi masa"ların
təşkilinə davamlı
olaraq təşəbbüs
göstərməyə çağırırıq;
Bu kimi forumların
hər il keçirilməsinin zəruriliyinə
əminliyimizi ifadə
edərək Azərbaycan
Prezidentinə və hökumətinə, Bakı
Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına bu günlərdə Bakını humanitar problemlərin müzakirəsi
mərkəzinə çevirən
belə mötəbər
tədbiri keçirdiklərinə
görə dərin minnətdarlığımızı bildiririk.
Bu Bəyannamənin
qəbul edilməsini və beynəlxalq humanitar əməkdaşlığın
inkişafı istiqamətində
istifadə olunmasını
vacib sayırıq.
AzərTAc
Azərbaycan.-2012.-
6 oktyabr.- S.1.