Rusiya Federasiyasının
Prezidenti zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç!
Əlamətdar yubileyiniz - anadan
olmağınızın 60 illiyi münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
Bu gün dost Rusiya Sizin rəhbərliyiniz
altında cəmiyyət
həyatının bütün
sahələrinin təkmilləşdirilməsi
və modernləşdirilməsi
yolu ilə ardıcıl surətdə
irəliləyir. Ölkənin
beynəlxalq aləmdə
artan nüfuzu, dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınızla
bağlıdır.
Siz Azərbaycan ilə
Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin
möhkəmlənməsinə və genişlənməsinə
sanballı şəxsi
töhfələr vermisiniz. Sevindirici haldır ki, bu münasibətlər keyfiyyətcə yeni inkişaf səviyyəsinə
çatmışdır və
indi strateji tərəfdaşlıq xarakteri
daşıyır.
Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz,
çoxsahəli əməkdaşlığımız
və qarşılıqlı
fəaliyyətimiz xalqlarımızın
rifahı, Qafqazda sülh, sabitlik və təhlükəsizlik
naminə bundan sonra da hərtərəfli
və dinamik inkişaf edəcəkdir.
Bizim aramızda yaranmış
etimadı, dostluq münasibətlərini yüksək
qiymətləndirirəm.
Əziz Vladimir Vladimiroviç, Sizə və bütün ailənizə
səadət, firavanlıq
və uğurlar arzulayıram.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
6 oktyabr.- S.1.