İkinci Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmışdır

 

 Forumun Bəyannaməsi qəbul olunmuşdur

 

 Oktyabrın 5-də İkinci Bakı Beynəlxalq Humanitar Forumu işini "dəyirmi masa"larda davam etdirmişdir.

"Müasir KİV-lər və yeni çağırışlar", "Cəmiyyətin həyatında multikulturalizm", "Multikulturalizm və mədəni özünüdərk", "İqtisadi inkişaf modellərinin humanitar aspektləri", "Konvergensiya edən texnologiyalar və gələcəyin konturları", "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi", "XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar" və "Müasir təbabətə baxışı dəyişən texnologiyalarmolekulyar biologiya" mövzularında keçirilmiş "dəyirmi masa"larda son dərəcə səmərəli, məzmunlu və maraqlı diskussiyalar aparılmışdır. Forumda müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektləri müzakirə olunmuşdur.

Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edir. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimaisiyasi xadimdir.

AzərTAc forumun ikinci iş gününün gedişini "dəyirmi masa"lar üzrə şərh edir.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.3.