«Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi»
mövzusunda «dəyirmi masa» araqlı diskussiyalarla yadda
qalmışdır
İkinci
Bakı Beynəlxalq Humanitar Forumunun "Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi" mövzusunda
"dəyirmi masa"sı maraqlı diskussiyalarla yadda
qalmışdır.
Azərbaycan
Dillər Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru Jalə Qəribovanın,
Rumıniyanın Buxarest
Yazıçılar Assosiasiyasının prezidenti
Horia Qarbeanın və Rusiyanın Kazan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
nümayəndəsi Ramil Qarifullinin
həmsədrliyi ilə keçən "dəyirmi masa"nın birinci
bölmə iclasında "Postmodernizm
dövründə şəxsiyyətin
reinterpretasiyası" mövzusunda
çıxışlar olmuşdur.
Tədbiri açan Jalə Qəribova mövzunun
müasir dövrümüzdə xüsusi aktuallıq kəsb etdiyini
bildirmişdir. XXI əsrdə postmodernizmin həyatımızın bütün sahələrinə təsir
göstərdiyini qeyd edən Jalə Qəribova
onun sərhədlərinin getdikcə daha da genişləndiyini
vurğulamışdır.
Yunanıstanın
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos "Olimpizm əbədi
ənənəvi dəyərlər sistemi
kimi" mövzusunda
çıxış edərək bildirmişdir
ki, Olimpiada irqindən,
dilindən, dinindən asılı olmayaraq
fərqli mədəniyyətləri təmsil edən
xalqların nümayəndələrini birləşdirir. Təkcə idmanla
məhdudlaşmayan və bütün bəşəriyyəti
əhatə edən Olimpiya hərəkatı
ayrı-seçkiliyə, düşmənçiliyə
qarşı çıxır, beləliklə də mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynayır.
Bolqarıstanın
sabiq Prezidenti Jelyu Jelev mövzunun
əhəmiyyəti haqqında danışmış,
ümumiyyətlə, Bakı Forumunun bütün "dəyirmi
masa"larının müasir dövrümüzün həlli vacib məsələlərinə həsr olunduğunu bildirmişdir.
Humanitar forumun və onun
bölmə iclaslarının yüksək səviyyədə
təşkilinə görə Azərbaycan Prezidentinə
iştirakçılar adından minnətdarlığını
bildirən Jelju Jelev demişdir ki, son dövrlərdə dünyada
mədəniyyətlərin, mədəni irsin
qorunması və inkişafı sahəsində bir sıra
mühüm addımlar
atılmışdır.
Azərbaycanda mədəniyyət
sahəsində əldə edilmiş uğurlara diqqəti cəlb edən
Bolqarıstanın sabiq Prezidenti
bildirmişdir ki, ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlıq
yüksək səviyyədədir. Bu yaxınlarda dahi sənətkar Müslüm
Maqomayevin yubileyi
keçirilərkən biz bir
daha gördük ki, onun
yaradıcılığı təkcə azərbaycanlılar
tərəfindən deyil, bolqarlar,
eləcə də digər xalqlar tərəfindən
də çox sevilir.
Rusiyanın
Kazan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
nümayəndəsi Ramil Qarifullin
"Nanopsixologiya və postmodern
psixologiya insanlığın qlobal problemlərinin yeni komponenti kimi", Ukraynanın Taras
Şevçenko adına Kiyev
Milli Universitetinin
"Avrasiya dialoqu"
platformasının sədri Vladimir Sergiyçuk "Cəmiyyətlər, mədəniyyətlər və
icmaların dialoqu", Azərbaycan Dillər
Universitetinin (ADU) nümayəndələri
Samir Həmidov
"Müasir proseslər
reallığın simulyasiyası kimi: obrazlar və biz", Qorxmaz Mustafayev "Postmodernizm və
onun cəmiyyətin həyatında rolu" mövzularında
çıxış edərək
bildirmişlər ki, postmodernist
situasiya özünün
və başqalarının mədəni dəyərlərini
görmək və onlara malik olmağın yeni təcrübəsini irəli sürür, müxtəlif mədəniyyətlərin
inteqrasiyasını stimullaşdırır, dünyaya
bütöv bir
baxışın yaradılmasına kömək edir, ümumbəşəri mədəniyyətin
formalaşmasına imkan yaradır. Natiqlər
Azərbaycan mədəniyyətinin inkişaf
meyillərindən, dünya mədəni
irsinə verdiyi töhfələrdən də
danışmışlar.
Sonra Avstriya Ali Məhkəməsinin
keçmiş sədri Yohan
Reşutun, Roma İncəsənət
Universitetinin direktoru Fabio Moncellinin və "Helikon Opera" Moskva Musiqi Teatrının
bədii rəhbəri Dmitri Bertmanın həmsədrliyi
ilə keçirilən "İntermediallıq mədəniyyətlərarası
diffuziyanın mexanizmi kimi"
adlı ikinci bölmə iclasında
çıxışlar olmuşdur.
Bu bölmə iclasında Alfio Moncellinin "İncəsənət bu gün: emosiya
və rasionallıq", ADU-nun nümayəndələri
Svetlana Cəbrayılovanın "Əbədi
caz narrativi Amerika postmodern
romanının mühüm komponenti kimi", Ədalət
Abdıyevanın "Mədəniyyətlərarası diffuziya mədəniyyət dialoqunun
spesifik mexanizmi kimi",
Həmidə Əliyevanın "Arxetip bədii
mətndə intersemiotikliyin əsası kimi" mövzularında məruzələri
dinlənilmişdir.
Məruzələrdə
qloballaşan dünyada
çoxmədəniyyətlilik, mədəniyyətdə
modernləşmənin təzahürlərindən
danışılmışdır. Bildirilmişdir
ki, postmodernist mədəniyyət
dünyada hələ də tam təşəkkül
tapmamışdır. Bu məsələ
ilə əlaqədar alimlərin, filosofların fikirlərini
dinləmək isə çox
maraqlıdır.
"Dəyirmi
masa"nın "Müasir dünya gerçəkliyində humanitar və mədəni transformasiyalar"
mövzusunda sonuncu
bölmə iclası Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoyun, London
Diplomatiya Akademiyasının mədəniyyətlərarası
kommunikasiya proqramının direktoru Debor Svallounun və
Ankara Universitetinin kafedra müdiri Ertan Gökmənin həmsədrliyi ilə keçirilmişdir.
Bölmə
iclasında Keniyanın UNESCO yanında daimi
nümayəndəsi Meri Mbrio
Ximulu "Postmodernist
mədəniyyətin ənənəvi dəyərlər sistemi", ADU-nun nümayəndələri
Sevdagül Əliyeva "Müstəqillik
dövründə Azərbaycanın milli
mədəniyyəti və mədəniyyət siyasətinin transformasiyası", Fəridə
Səfiyeva "Azərbaycan ədəbiyyatında postmodernizm" mövzularında məruzələrlə
çıxış etmişlər. Natiqlər bildirmişlər
ki, hər bir dövlətin
gələcəyi gənclərin elmə, təhsilə fəal
cəlb olunması ilə sıx bağlıdır. Azərbaycanda
bu istiqamətdə mühüm
işlər görülmüşdür.
Çıxışlarda
sivilizasiyalararası münaqişələrin səbəbləri,
mövcud regional
münaqişələrin acı nəticələri, mədəniyyətlərarası
dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin
əleyhinə çıxan siyasi meyillərin
mənfi təzahürləri barədə fikirlər səslənmişdir.
Müzakirələrə
yekun vuran Rusiya Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy demişdir ki,
sürətlə inkişaf edən,
tolerantlığı, zəngin mədəni irsi
ilə örnək olan Azərbaycanda bu cür tədbirlərin
keçirilməsi ənənə halını almışdır.
Bakının
humanitariyanın paytaxtı kimi
tanındığını bildirən Mixail
Şvıdkoy elm və mədəniyyət
xadimlərinin, tanınmış ekspertlərin iştirakı
ilə keçirilən müzakirələrin müsbət bəhrə
verəcəyinə əminliyini ifadə etmişdir.
Mixail Şvıdkoy forumun, eləcə də
bölmə iclaslarının təkcə postmodernist mədəniyyətin
deyil, əlaqələrin hərtərəfli inkişafına
da böyük töhfə verəcəyinə əminliyini
bildirmişdir.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.4.