«Multikulturalizm və mədəni özünüdərk» mövzusu ətrafında geniş müzakirələr aparılmışdır

 

 İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və mədəni özünüdərk" adlı "dəyirmi masa" keçirilmişdir.

Fransa Akademiyasının fəxri professoru, tarix elmləri doktoru xanım Helene Karrer Encaussiyanın moderatorluğu ilə keçirilən "dəyirmi masa"da çıxış edən İtaliyanın sabiq xarici işlər naziri Frattini Franko İkinci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdırmışdır. F.Franko bildirmişdir ki, bu prinsiplər yalnız insanlar arasında dostluğu təmin etməklə mümkündür. O, Azərbaycanda müxtəlif mədəniyyətlərin, müxtəlif dinlərin dinc yanaşı inkişaf etdiyini bildirmişbunu yüksək dəyərləndirmişdir.

Tədbirdə çıxış edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers forumun əhəmiyyətindən danışmış, tədbiri yüksək qiymətləndirmiş, dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri barədə fikirlərini bölüşmüşdür.

Florensiya Universitetinin professoru xanım Merinqola Patrisiya "Plüral cəmiyyətlər, miqrasiya, mədəniyyətlərarası əlaqələr" mövzusunda məruzə ilə çıxış etmişdir. O, miqrasiyanın insanlara böyük təsir etdiyini, onların yeni məskunlaşdıqları ölkənin mədəniyyəti və cəmiyyətinə uyğunlaşması prosesində böyük vaxt sərf etdiklərini bildirmişdir.

Azərbaycanlı alim, Bakı Dövlət Universitetinin kafedra müdiri Kəmalə Əliyeva mədəni multikultural cəmiyyəti idarə etmək üçün xüsusi siyasi tədbirlərin hazırlanmasının vacibliyini bildirmişdir. K.Əliyeva qeyd etmişdir ki, bunun üçün siyasi, sosialhüquqi tədbirlərin keçirilməsi vacibdir. O, Azərbaycanda yüksək tolerantlıq mühitininvicdan azadlığının mövcud olduğunu bildirmişdir.

Rusiya Milli Akademiyası Sibir şöbəsinin Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini Yuri Popkov  "Refleksiv beynəlmiləlçilik konsepsiyası multikulturalizm siyasəti böhranının   qarşısının alınmasının metodoloji əsasları kimi" mövzusunda məruzə ilə çıxış etmişdir. Rusiyalı alim bildirmişdir ki, hər bir milli icmanın inkişafı digər cəmiyyət vasitəsilə həyata keçirilir. O qeyd etmişdir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinə baxmayaraq, insanlar öz milliliyini qoruyub saxlamağa çalışırlar.

Rumıniyadan olan iştirakçı, Avropa parlamentinin üzvü Severin Adrin "Multikulturalizmqloballaşma dövrünün identikliyi" mövzusunda məruzəsində dünyada mədəniyyətlərin müxtəlifliyi və bir mədəniyyətin digərini qəbul etməsi məsələlərindən danışmışdır. Qeyd edilmişdir ki, coğrafi məkan bir neçə mərhələlərdən ibarət ola bilər. Tarixmifologiya torpaqla əlaqəli olur. Alim demişdir ki, bir neçə etnik qrupa daxil olan mədəniyyətlər bir yerdə məskunlaşa bilər. Bildirilmişdir ki, sivilizasiya multikulturalizmə müəyyən ölçü verilməsidir və multikulturalizm bu müstəvidə özünü göstərə bilər.

İtaliyanın Milan Universitetinin professoru Vitali Alessandro "Avropada əməkdaşlıq iqtisadi inteqrasiyaya, siyasi qloballaşmaya maneə kimi" mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycanda mədəniyyət məsələləri hər zaman sivilizasiyası ilə seçilir. O, həmçinin hər bir münaqişəyə nəzər salınarkən mədəni ölçülərin özünü göstərdiyini qeyd etmişdir. Professor V.Alessandro etnokultural icmanın maraqlarına uyğun olaraq torpaq bölgüsü aparılarsa, bunun heç bir zaman mümkün olmayacağını vurğulamışdır. O bildirmişdir ki, siyasi problemlər zamanı müasir cəmiyyətlərdə olan sərhədlərin təsirini nəzərə almaq lazımdır. Sərhəd məsələsinin qlobal problemlərə, dövlətlərin siyasətinə təsir göstərdiyini deyən V.Alessandro bildirmişdir ki, bəzi alimlərin fikrincə, xarici sərhədlər müsbət rola malikdir. Bu cür sərhədlər böyük iqtisadi-siyasi məsələlərə, coğrafi nöqteyi-nəzərdən transmilli əməkdaşlığa, sosial-iqtisadi, sosial-mədəni qarşılıqlı asılılığa təsir göstərir.

İtaliyanın Perudja Universitetinin professoru Medici Lorenzo mövzu ətrafında öz fikirlərini bildirmiş, keçirilən forumun əhəmiyyətini yüksək qiymətləndirmişdir.

 "Multikulturalizm  mədəni özünüdərk" adlı "dəyirmi masa"  "Qloballaşma dövründə multikulturalizmidentiklik"  mövzusunda  bölmə iclası ilə davam etmişdir.

Moderator Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar "dəyirmi masa"da gün ərzində aparılan müzakirələrə münasibət bildirmişdir.

Mövzu ətrafında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı bildirmişdir ki, müasir dünyada multikulturalizm reallıq kimi qəbul olunur. O, həmçinin gələcəkdə bu istiqamətdə müəyyən inkişafa nail olmaq üçün dominant bir dil barədə də fikirləşməyin vacibliyini diqqətə çatdırmışdır.

UNESCO-nun İtaliya Milli Komissiyasının sədri Puliçi Covanni "Qloballaşma dövründə multikulturalizmidentiklik" mövzusu ilə bağlı öz fikirlərini bölüşmüşdür. O, psixoanalitik və psixoloqların insanlarda identikliyin formalaşması ilə bağlı müxtəlif araşdırmalar apardıqlarını və bu sahədə müəyyən nailiyyətlərə nail olduqlarını bildirmişdir.

İraqın Azərbaycandakı səfiri Haydar Al Barrak qloballaşan dünyada belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. O, İraqın dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan ilə iqtisadi və mədəni sazişlər imzaladığını demişdir. Səfir ölkəsində mədəniyyət sahəsində müəyyən inkişafa nail olunduğunu bildirmişdir. O, İraqın müvafiq orqanları tərəfindən müxtəlif siyasi səbəblərlə üzləşmiş vətəndaşların hüquqlarının qorunması sahəsində müəyyən tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırmışdır. İraqlı səfir dünya ölkələri ilə bağlı müzakirələrin aparılması üçün şərait yaratdığına və belə bir mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdir.

Yeltsin adına Ural Universitetinin rektoru Viktor Kokşarov,  Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru Andrey Kudryançenko Azərbaycan hökumətinə, forumun təşkilat komitəsinə təşəkkürlərini bildirmişlər.

"Mədəni özünüdərk və insanın fəlsəfi siması" mövzusunda aparılan müzakirələrdə Azərbaycan MEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə doktoru Roida Rzayeva, elmi işçi, fəlsəfə doktoru Rəşad İlyasov, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Türkiyə Böyük Millət Məclisinin deputatı Əli Özgündüz öz fikirlərini bölüşmüşlər.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.5.