Cəmiyyətin həyatında multikulturalizmin rolu məsələsi ilə bağlı geniş diskussiyalar
aparılmışdır
İkinci
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Cəmiyyətin
həyatında multikulturalizm" mövzusunda "dəyirmi masa"
keçirilmişdir.
"Dəyirmi masa"ya moderatorluğu
Bakı Slavyan Universitetinin
rektoru Kamal Abdulla, Avropa Parlamentinin üzvü, Parisin 7-ci rayonunun meri Rəşidə Dati, Malayziya Xarici İşlər
Nazirliyinin Diplomatiya və
Xarici Əlaqələr İnstitutunun
baş direktoru Dato Ku Caaffar
Şaari etmişlər.
"Dəyirmi
masa"nı açan Kamal
Abdulla Bakı Beynəlxalq Humanitar
Forumunun əhəmiyyətindən
danışmış, müzakirə olunacaq
məsələlər barədə məlumat vermişdir.
Rəşidə
Dati və Dato Ku Caaffar Şaari
də müzakirə olunan
mövzuların aktuallığı baxımından forumun böyük nəticələr
verəcəyinə əminliklərini bildirmişlər.
Bu "dəyirmi masa"
çərçivəsində üç
bölmə iclası keçirilmişdir.
Moderatoru İSESCO baş
direktorunun şəxsi nümayəndəsi
Əhməd Səil Oldbah olan
"Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar" mövzusundakı birinci bölmə iclasında Koreya
Respublikasının Hankuk Xarici
Araşdırmalar Universitetinin Türkiyə-Azərbaycan
üzrə tədqiqatlar şöbəsinin professoru
Çonq Jin Oh "Multikulturalizmin təkamülü və Koreya müsəlman icmalarının
inkişafı", Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İsgəndərov
"Azərbaycan multikulturalizm modeli: tolerantlıqdan qarşılıqlı
hörmətə", Pakistanın Milli Müasir Dillər Universitetinin
Beynəlxalq münasibətlər kafedrasının müdiri Zülfüqar Əl-Qureşi "Multikulturalizmin İslamda yeri", AMEA-nın
Şərqşünaslıq İnstitutunun
direktoru, professor
Gövhər Baxşəliyeva "Qloballaşan
dünyada dinlərarası dialoq" və Türkiyədəki Mərmərə
Fondunun prezidenti Mehmet Akkan Suver
"Multikultural fərqliliklərdə
dinlərarası dialoq"
mövzularında çıxışlar etmişlər.
Çıxışlarda
bütün mədəniyyətləri və
dinləri özündə ehtiva edən multikulturalizmin təmin olunmasında mədəni,
siyasi, etnik və sair hüdudların, eləcə də
müxtəlif dəyərlər arasındakı fərqlərin
və ziddiyyətlərin aradan
qaldırılmasının zəruriliyi vurğulanmışdır.
"Multikultural cəmiyyətdə etnik,
sosial, dini fikir ayrılıqlarının idarə
olunması metodları və onların müxtəlif
identikliklərə uyğunluğu"
mövzusundakı ikinci bölmə
iclasının moderatorları Estoniyanın sabiq
Prezidenti Arnold Rüütel, Berkli Kaliforniya Universitetinin Slavyan, Şərqi Avropa və
Avrasiya Araşdırmaları İnstitutunun direktoru Yuri Slyozkin, Türkiyə parlamentinin
deputatı, Avropa Şurası Parlament Assambleyasının sabiq
prezidenti Mövlud Çavuşoğlu, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Bakı Slavyan Universitetinin professoru Etibar Nəcəfov
və İndoneziya parlamentinin
deputatı xanım Nurhəyati Əli Assegaf
olmuşlar.
İclasda UNESCO-nun daimi nümayəndələri klubunun
fəxri üzvü, Hondurasdan
olan xanım Sonia Mendieta-de-Badaru "Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərin
dialoqu və sülhün
səmərəli inkişafı vasitəsi kimi",
UNESCO-nun daimi nümayəndələri
klubunun fəxri üzvü
Məhəmməd Zahir Əziz "Multikulturalizm cəmiyyətin həyatında - multikulturalizm cəmiyyətin güc
və birlik mənbəyi kimi",
İtaliyanın Trento Universitetinin
fəxri professoru Cianfranko
Pocci "Ölkə daxilində müxtəlif
mədəniyyətlərarası konfliktlərin
qarşısının alınmasına yanaşma",
Pakistanın Kaydi-Əzəm Universitetinin tarix fakültəsinin müdiri
Razia Sultana "Multikulturalizm və cəmiyyət",
İtaliyanın Siena Universitetinin
professoru Robert de Vita "Multikulturalizmdən
cəmiyyətdə intermədəni plüralizmə doğru", Fransanın Nitsa
Universitetinin hüquq
və siyasi elmlər fakültəsinin
dekanı, professor Kristian
Vallar "Fransa
Respublikası multikulturalizmə
uyğunlaşırmı?", BSU-nun professoru Rəhilə Qeybullayeva
"Sacrifice və onun
kulturoloji qatları", BSU-nun
professoru Etibar Nəcəfov
"Multikulturalizm kontekstində milli və dini dəyərlərin
rolu", İtaliyanın Trento
Universitetinin professoru Cüzeppe Şortino "Multikulturalizm uyğunsuzluqdurmu?
Son
müzakirələrdə empirik və normativ iddiaların vəhdəti", Ukrayna mədəniyyət nazirinin
müavini Timofey Kokan "Ukrayna cəmiyyətinin
həyatında multikulturalizm",
Fransanın Sofia-Antipolis Universitetinin
hüquq və siyasi
elmlər fakültəsinin beynəlxalq əlaqələr
üzrə direktor müavini
Ugo Bellagamba "Multikulturalizm və hüquqi
plüralizm. Fransa cəmiyyətində erkən orta əsrlər (V-VIII əsrlər)", Siena Universitetinin professoru Fabio Berti "Milli və yerli immiqrasiya siyasəti:
Toskananın regional immiqrasiya
hüququ" mövzularında məruzələrlə
çıxış etmişlər.
Bu bölmə iclasında çıxış edənlər
etnik, sosial, dini fikir
ayrılıqlarının idarə olunmasında mühüm əhəmiyyət daşıyan multikulturalizmi cəmiyyətin inkişafına
təkan verən və münaqişələrin
qarşısını alan amil kimi qiymətləndirmiş,
onun danılmaz və fasiləsiz davam edən proses olduğunu
vurğulamışlar.
"Qərbdə və Şərqdə
multikulturalizm və inteqrasiya
proseslərinin analogiyaları və fərqləri"
mövzusundakı üçüncü
bölmə iclası ABŞ-ın Demokratlar
Partiyasından sabiq konqresmen
Maykl Eduard Mak-Mahonun moderatorluğu ilə
keçmişdir.
İclasda İtaliyadakı Florensiya-CNR-in
tədqiqat direktoru Mahmud
Salem Elşeyx "Tarixi yanlışlıqların aradan qaldırılması", Pakistanın
"Balochistan Today"
gündəlik qəzetinin baş redaktoru Yar Muhammad
Badini "Pakistan multikulturalizm cəmiyyəti kimi
(Belucistan məsələsi)", BSU-nun kafedra müdiri İrina Kunina "Multikulturalizm
şəraitində konfessional dinamika və Azərbaycan", "The Korea Times" qəzetinin rəhbəri və
naşiri Park Moo-Jong "Cənubi Koreya:
Multikultural cəmiyyət", Sidney Universitetinin professoru Frank Salter "Qərb multikulturalizminin
humanitar aspektləri"
mövzularında çıxışlar etmişlər.
Çıxışlarda
son dövrlərdə bəzi Qərb
ölkələrində mədəniyyətlərarası və
sivilizasiyalarası dialoq baxımından gərginliyin
artdığı, multikulturalizmə təhlükə yarada biləcək etnik, dini dözümsüzlük
hallarının ortaya
çıxdığı təəssüfdoğurucu hal kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu
halların qarşısının alınmasında dövlətlərlə
bərabər, beynəlxalq qurumlar da səylərini artırmalı, bu sahədə fəaliyyət göstərən
vətəndaş cəmiyyəti təşkilatlarının
səylərini ciddi dəstəkləməlidirlər.
Bildirilmişdir ki, müxtəlif mədəniyyətlərin
sintezindən ibarət olan multikulturalizmin
təşviqi fərqli dini, etnik, mədəni kimliyə sahib
xalqlar arasında
ziddiyyətlərin aradan
qaldırılmasında, ortaq dəyərlərin
inkişaf etdirilməsində yeganə və
ən təsirli vasitədir.
"Dəyirmi
masa"nın yekununda aparılan
müzakirələrdə İkinci
Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan
məsələlərin həlli istiqamətində yeni ideya və
çağırışların müəyyən edilməsi
baxımından uğurlu keçdiyi
vurğulanmışdır.
Tədbir
iştirakçıları, həmçinin belə mötəbər
forumun yüksək səviyyədə təşkilinə
görə Prezident İlham
Əliyevə, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun
inkişafındakı misilsiz xidmətlərinə
görə Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını
bildirmişlər.
Bütün "dəyirmi masa"larda
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi
müzakirə olunaraq səsə qoyulmuş və yekdilliklə
qəbul edilmişdir.
Bununla da ikigünlük Bakı Beynəlxalq
Humanitar Forumu öz işini başa
çatdırmışdır.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.5.