Nobel mükafatı laureatı, professor Dan Şextman Bakı Ali Neft Məktəbində olmuşdur

 

 İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə 2011-ci ilin Nobel mükafatı laureatı, professor Dan Şextman oktyabrın 5-də Bakı Ali Neft Məktəbində olmuşdur.

AzərTAc xəbər verir ki, məktəbin rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin yaradılmasının məqsədinin ən müasir tədris proqramları texnologiyaları əsasında ingilis dilində yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanması olduğunu qonağın diqqətinə çatdırmışdır. Məlumat verilmişdir ki, cari ilin sentyabrından başlayaraq  neft-qaz mühəndisliyi kimya mühəndisliyi ixtisasları üzrə 116 tələbənin tədris prosesinə qoşulduğu bu ali təhsil müəssisəsi Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edir.

Sonra Bakı Ali Neft Məktəbinin konfrans zalında Dan Şextmanın müəllimlər tələbələrlə görüşü olmuşdur.

Rektor E.Qasımov qonağı təqdim edərək onun həyat yolu, elmdə əldə etdiyi nailiyyətlər layiq görüldüyü yüksək mükafatlar haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, dünyanın elmi ictimaiyyəti tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən professor Dan Şextman 2011-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. O, 1996-cı ildə İsrail Elmlər Akademiyasının, 2000-ci ildə ABŞ Milli Texniki Akademiyasının, 2004-cü ildə Avropa Elmlər Akademiyasının üzvü seçilmişdir.

Dünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən kollektivin qürur hissi keçirdiyini vurğulayan E.Qasımov, professor Dan Şextmana elm təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə Bakı Ali Neft Məktəbinin fəxri doktoru adının verildiyini elan etmişdir.

Görüşdə çıxış edən professor D.Şextman ölkəmizdə olmasından məmnunluq hissi keçirdiyini bildirmiş, Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığını vurğulamışdır.

Bakı Ali Neft Məktəbinin gənc kollektivinə uğurlar diləyən professor onun fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə professor D.Şextmanı Bakı Ali Neft Məktəbinin fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik etmiş ona uğurlar arzulamışdır.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.5.