Andrey KONSTANTINOV: Bakı Humanitar Forumu son dərəcə uğurlu forumdur

 

 Oktyabrın 5-də İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Baku" jurnalının təşkilati dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində Rusiyanın tanınmış yazıçısı, jurnalisti kinossenaristi Andrey Konstantinovla görüş olmuşdur.

AzərTAc xəbər verir ki, görüşün moderatoru, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş redaktoru Yaşar Quluzadə qonağı təqdim edərək demişdir ki, o, ümumi tirajı 20 milyon nüsxəni keçmiş 40-dan çox kitabın müəllifidir. Onun ssenariləri əsasında 12 serial - "Bandit Peterburqu", "Eşq olsun!", "Tulalı Tokarev", "Özününkü - özgə" filmləri başqa filmlər çəkilmişdir.

Görüşdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Andrey Konstantinovu Azərbaycanın böyük dostu adlandırmış demişdir ki, o, ölkəmizin tarixi mədəniyyəti ilə ciddi surətdə maraqlanır.

Andrey Konstantinov bildirmişdir ki, ilk dəfə Bakıya gəlmişdir gördükləri onun gözləntilərini ötüb keçmişdir. O demişdir: "Şəhəriniz nəzərəçarpacaq dərəcədə inkişaf edir, hətta ilk dəfə buraya gələn adam da bunu görür". Sonra o, kriminal mövzuya müraciət etməyinin səbəblərindən danışmışdır. Konstantinovun sözlərinə görə, onun dedektiv janrında ilk kitabı 1993-cü ildə, özü bilmədiyi İsveç dilində çapdan çıxmışdır. İsveçin tanınmış rusdilli jurnalisti Rusiyada kriminal aləm haqqında film çəkdiyindən filmin prodüseri olmağı ondan xahiş etmişdir. Film çox populyarlaşmış İsveç jurnalisti onun kitab variantını yazmağı qərara almışdır. Beləliklə, Andrey Konstantinovun həmmüəllif olduğu "Rusiyanın cinayətkar aləmi" kitabı İsveç dilində çapdan çıxmışdır. Konstantinov demişdir: "Hər şey gözlənilməz oldu, mən ədəbi karyera haqqında düşünmürdüm". O həmçinin məsələyə aydınlıq gətirib demişdir ki, "Quldur Peterburqu" serialı onun "Vəkil" romanı əsasında çəkilmişdir, onun serialla eyniadlı kitabı yoxdur.

Yazıçı jurnalistlərin suallarını cavablandıraraq bildirmişdir ki, Azərbaycana gəlişindən əsas məqsəd İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdir. O demişdir: "Bakı Humanitar Forumu həddən artıq uğurlu forumdur. Ən başlıcası, o, yeni əlaqələr yaratmağa imkan verir, burada yeni fikirlər meydana çıxır, fikir, ideya mübadiləsi olur. İmic məsələsinə gəldikdə isə, bu baxımdan hər şey çox gözəldir".

Bakıda jurnalistika fakültələrində jurnalist təhqiqatı üzrə kurslar keçirə bilib-bilməməsi barədə sualın cavabında A.Konstantinov demişdir ki, əlbəttə, dəvət etsələr, böyük məmnuniyyətlə bunu edər.

A.Konstantinov məşhur həmyerlimiz Çingiz Abdullayev haqqında suala cavab verərkən demişdir: "Mən ondan çox şey öyrənmişəm".

Görüşdə "Baku" jurnalının baş redaktorunun müavini Tamilla Əhmədova, "Fontanka" İnternet portalının baş direktoru Aleksandr Qorşkov, "Delovoy Peterburq" qəzetinin baş redaktoru Maksim Vasyukov, Sankt-Peterburq və Vilayət üzrə Baş Daxili İşlər İdarəsinin mətbuat xidməti rəisinin müavini Elmar Şahrzayev və başqaları iştirak etmişlər.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.5.