Bolqarıstan Milli
İncəsənət Akademiyasının rektoru
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetindən xoş təəssüratla
ayrılmışdır
II Bakı
Beynəlxalq Humanitar Forumunun çoxsaylı
iştirakçılarından biri - Bolqarıstan Milli İncəsənət
Akademiyasının rektoru, professor Svetoslav Kokalov Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində (ADMİU)
olmuşdur.
ADMİU-dan AzərTAc-a
bildirmişlər ki, dünyada
tanınmış alimin Azərbaycana səfəri
çərçivəsində bu ali təhsil ocağını ziyarət etməsi səbəbsiz deyildi.
İlbəil beynəlxalq əlaqələrini genişləndirən,
sıralarında bir sıra ölkələrdən
təhsil almağa gəlmiş gənclərə
yer verən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
rektoru, professor Timuçin Əfəndiyev 2010-cu ilin aprelində Bolqarıstan Milli
İncəsənət Akademiyası rəhbərliyinin dəvəti
ilə bu ölkəyə səfər etmiş, akademiyanın fəaliyyəti, iş şəraiti,
yaradıcı potensialı ilə tanış olmuşdu.
Həmin vaxt bu iki
təhsil ocağı arasında əməkdaşlığa dair sənədlər imzalanmışdı.
Artıq ikinci ildir ki, həmin müqavilənin bəndlərinə
uyğun olaraq nəzərəçarpacaq
işlər görülməkdədir.
S.Kokalovun ADMİU-nun rektoru T.Əfəndiyev ilə
görüşündə bu iki təhsil ocağı arasında əməkdaşlığın
perspektivləri müzakirə edilmiş, işgüzar fikir
mübadiləsi aparılmışdır.
Bolqarıstanlı
qonaq ADMİU-da tələbələrin
yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şəraitlə
yaxından tanış olmuş,
universitetdə fəaliyyət göstərən muzeyin
eksponatlarına baxmış, buradan
aldığı təəssüratları rəy kitabına
yazmışdır.
Daha sonra rəqs zalına dəvət edilən qonaq universitetin müəllimləri
Ofelya Zeynalova və Əsəd
Rzayevin bədahətən
quraşdırdıqları və peşəkarlarla ifa olunan "Dəniz",
"İgidlər" və "Qarabağ
yallısı" rəqslərinə tamaşa
etmişdir.
Bu təqdimatdan böyük zövq aldığını dilə gətirən
S.Kokalov, xüsusilə "Dəniz"
rəqsinə quruluş verən və onu böyük bir şövqlə oynayan
II kurs tələbəsi, Prezident
təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının prima
balerinası Cəmilə
Kərimovanın ifaçılıq bacarığına valeh olduğunu bildirmişdir.
Bolqarıstanlı qonaq gələn il 90
illik yubileyini qeyd edəcək Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetindən xoş təəssüratla
ayrılmışdır.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.6.