Azərbaycan Diplomatik
Akademiyası və Koreyanın Xarici Araşdırmalar üzrə Hankuk
Universiteti arasında anlaşma memorandumu imzalanmışdır
Azərbaycan Diplomatik Akademiyası (ADA)
Koreya Respublikasının Xarici Araşdırmalar üzrə
Hankuk Universiteti ilə anlaşma memorandumu
imzalamışdır.
ADA-dan AzərTAc-a bildirmişlər ki,
memoranduma əsasən, hər iki ali təhsil ocağı əməkdaşlığı
və tərəfdaşlığı genişləndirmək
və möhkəmləndirmək, gələcəkdə birgə
təlim və tədris proqramlarını həyata
keçirmək üçün qarşılıqlı fəaliyyət
quracaqdır. Bu fəaliyyətlə bağlı konkret təkliflər
də daxil edilən rəsmi sənədi ADA-nın rektoru,
xarici işlər nazirinin müavini Hafiz Paşayev və Xarici
Araşdırmalar üzrə Hankuk Universitetinin prezidenti Park
Çul imzalamışlar.
Park Çul Azərbaycan Diplomatik
Akademiyasının nümayəndə heyətini gələn
ilin əvvəlində ölkəsinə səfərə dəvət
etmişdir.
Koreya Respublikasının nümayəndə
heyəti həmçinin Azərbaycan Diplomatik
Akademiyasının bu yaxınlarda istifadəyə verilən
yeni tədris kompleksi ilə tanış olmuşdur.
Azərbaycan.-2012.-
6 oktyabr.- S.7.