AzərTAc ilə Argentinanın TELAM xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

 

 Oktyabrın 5-də "Kempinski Badamdar" otelində İkinci Bakı Beynəlxalq Humanitar Forumunun "Müasir KİV-lər və yeni çağırışlar" mövzusundakı "dəyirmi masa" çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Argentinanın Milli Xəbər Agentliyi (TELAM) arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.

Sazişi AzərTAc-ın baş direktoru Aslan AslanovDünya Xəbərlər Agentlikləri Şurasının prezidenti, TELAM-ın inkişaf meneceri Xuan Manuel Fonruj imzalamışlar.

Sənəd tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişəndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotovideo, həmçinin jurnalistika və idarəçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

İmzalanma mərasimində Sazişin dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilmişdir.

 

 

Azərbaycan.-2012.- 6 oktyabr.- S.7.