Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında humanitar məsələlərlə bağlı yeni formatdır

 

  Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmaqdadır. Xalqlararası mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, insanların gələcəyi naminə mədəniyyətlərin dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin milli mədəniyyətin dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti   dövrün reallıqları ilə şərtlənir.

Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunmasını önə çəkib bu, çağdaş zamanın aktual məsələlərindən birinə çevirib. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun İSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər fondun səyləri ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında humanitar mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

  Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerant ölkədir burada yaşayan bütün xalqların dinlərin nümayəndələri arasında tərəfdaşlıq qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Bu günlərdə Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi əlamətdar hadisə kimi diqqəti cəlb etdi.  Forumda aktual humanitar əməkdaşlıq məsələləri müzakirə edildi. Mədəniyyətlər, sivilizasiyalar konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi çox önəmli hadisə kimi qeyd olundu. Prezident İlham Əliyev forumda bildirib: "Bakıda humanitar forumun keçirilməsi təsadüfi deyildir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər gələcəkdə daha da gücləndiriləcək Azərbaycan uğurla inkişafına davam edəcəkdir".

Məlumat üçün qeyd edək ki, forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunan Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. Forumun həmtəsisçiləri Azərbaycan Rusiya prezidentləri olmuşlar. İkinci Bakı Humanitar Forumunda 70 ölkəni 7 nüfuzlu beynəlxalq təşkilatı təmsil edən 694 nəfərin iştirak etməsi bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini təsdiqlədi.

Prezident İlham Əliyev ölkədə insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliyini artımaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq edib. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi demokratikləşmə spontan şəkildə həyata keçirilə bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Prezident İlham Əliyev Bakıda İkinci Beynəlxalq Humanitar Forumda bildirib: "Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır əminəm ki, olmayacaqdır. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edirlər ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bugünü gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoruyaq. Bakı Humanitar Forumunun məqsədəlrindən biri multikulturalizm meyillərinin gücləndirilməsidir".

İkinci Bakı Beynəlxalq Humanitar Forumunun yekununda bəyannamə qəbul edildi. Bəyannamədə göstərilir: "Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində aparılımış hərtərəfli müxtəlif səviyyəli dialoqun zamanımızın aktual çağırışlarına adekvat olduğunu düşünürük; dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından istifadənin vacibliyini onun həm müxtəlif mədəniyyətlərin inkişafı, həm bütün bəşəriyyətin əldə etdiyi mədəni nailiyyətlərin qorunması zənginləşməsində əhəmiyyətni qeyd edirik; multukulturalizm problemlərinin fəlsəfi etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik dözümsüzlüyün qarşısını almaq üçün kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmasının vacibliyinə xüsusi diqqət yetiririk". Bəyannamənin beynəlxalq humanitar əməkdaşlığın inkişafı istiqamətində istifadə olunmasının vacibliyi xüsusi qeyd olunub.

Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Azərbaycan xalqı üçün də tolerantlıq demokratik dəyərə çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlərin keçirilməsi də buna əyani misal ola bilər.

 

 

 Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 7 oktyabr.- S.1.