Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi
və tətbiqi Qaydaları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219
nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası
Prezidentinin "İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli
205-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2011-ci
il 24 noyabr tarixli 536 nömrəli Fərmanının
1.4-cü bəndinə əsasən və "Azərbaycan
Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında"
2005-ci il 22 noyabr tarixli 1114 nömrəli Sərəncamının
1.2.1-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar ticarət, məişət
və digər növ xidmətlərin göstərilməsi
zamanı müştərilərlə hesablaşmaların
aparılması, habelə vergilərin və dövlət
orqanları tərəfindən göstərilən xidmətlərə
(işlərə) görə dövlət
rüsumlarının və haqlarının ödənilməsi
üçün təsərrüfat subyektlərində
POS-terminalların bu Qaydaların 1 nömrəli əlavəsindəki
cədvəl üzrə mərhələlərlə
quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə
POS-terminalların tətbiqi ilə bağlı digər
münasibətləri tənzimləyir.
1.3. Təsərrüfat subyektlərində
POS-terminalların mərhələlərlə tətbiqi bu
Qaydaların 1 nömrəli əlavəsindəki cədvəl
üzrə həyata keçirilir.
2. Əsas
anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
2.1.1. ödəniş kartı (bundan
sonra - kart) - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin
əldə edilməsi üçün istifadə edilən
ödəniş aləti;
2.1.2. beynəlxalq ödəniş
kartı - beynəlxalq kart təşkilatlarının (Visa,
MasterCard və s.) loqotipini daşıyan, ölkə daxilində
və ölkədən kənar əməliyyatların
aparılması üçün istifadə olunan kart;
2.1.3. lokal ödəniş kartı - Azərbaycan
Respublikasında fəaliyyət göstərən banklar tərəfindən
yalnız ölkə ərazisində istifadə
üçün emissiya edilmiş kart;
2.1.4. xidmət mərkəzi -
qanunvericiliyə uyğun olaraq prosessinq fəaliyyətini həyata
keçirmək hüququ olan şəxs;
2.1.5. əməliyyat
- kartla POS-terminal vasitəsilə ticarət, məişət
və digər növ xidmətlərin, habelə vergilərin
və dövlət orqanları tərəfindən göstərilən
xidmətlərə (işlərə) görə dövlət
rüsumlarının və haqlarının tam və ya qismən
ödənilməsi;
2.1.6. POS-terminal
- kart vasitəsilə əməliyyatların aparılması,
habelə nağd pul vəsaitinin alınması
üçün nəzərdə tutulmuş avadanlıq;
2.1.7. POS-terminal
sifarişçisi (bundan sonra - sifarişçi) - qanunvericiliyə
uyğun olaraq POS-terminal quraşdırmalı olan hüquqi və
ya fiziki şəxs, habelə dövlət orqanı;
2.1.8. təsərrüfat subyekti -
sifarişçinin POS-terminal quraşdırdığı
obyekt;
2.1.9. xidmət haqqı - POS-terminal vasitəsilə
aparılmış əməliyyata görə
sifarişçi tərəfindən
bank ekvayerə ödənilən məbləğ;
2.1.10. bank ekvayer - sifarişçi ilə
bağlanmış müqavilə əsasında
POS-terminalın quraşdırılmasını və
POS-terminal vasitəsilə aparılan əməliyyatlar üzrə
hesablaşmaların həyata keçirilməsini təmin edən
bank və ya poçt-maliyyə xidmətlərinin həyata
keçirilməsi üçün lisenziyaya malik olan
hüquqi şəxs;
2.1.11. əməliyyatçı - təsərrüfat
subyektinin POS-terminaldan istifadə etməyə səlahiyyəti
olan əməkdaşı;
2.1.12. şəxsi tanınma kodu (bundan
sonra - PİN kod) - emitent tərəfindən kart sahibinə və
ya onun tərəfindən vəkil edilmiş şəxsə
təqdim olunan və əməliyyatın həyata
keçirilməsi üçün avtorizasiya zamanı kart
sahibinin tanınmasında istifadə olunan gizli şifrə;
2.1.13. kart istifadəçisi - kartdan
istifadə hüququ olan şəxs;
2.1.14. avtorizasiya sorğusu - əməliyyatın
həyata keçirilməsi üçün icazənin
alınması sorğusu.
3. Ümumi tələblər
3.1. Təsərrüfat subyektlərində
quraşdırılan və istifadə edilən POS-terminallar
aşağıdakı texniki tələblərə cavab verməlidir:
3.1.1. POS-terminal beynəlxalq ödəniş
kartlarının qəbulu üçün müvafiq
sertifikata malik olmalıdır;
3.1.2. POS-terminal məlumat
daşıyıcısı həm maqnit lent, həm də
inteqral sxem (mikroprosessor) olan kartlar vasitəsilə əməliyyatların
həyata keçirilməsi imkanına malik olmalıdır;
3.1.3. POS-terminalda kartlar vasitəsilə
PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların
aparılması üçün nəzərdə tutulmuş
klaviatura (POS-terminalın inteqrə edilmiş və yaxud
POS-terminalla əlaqəsi olan ayrı avadanlıq kimi)
olmalıdır;
3.1.4. POS-terminalın texniki parametrləri
bank ekvayer və ya xidmət mərkəzi tərəfindən
dəstəklənmə imkanlarına malik olmalıdır.
3.2. POS-terminalın
quraşdırılması üçün zəruri olan
texniki imkanlar (dayanıqlı rabitə kanalı, elektrik cərəyanı
mənbəyi və s.) sifarişçi tərəfindən təmin
edilir.
3.3. Bank ekvayer POS-terminalın
qoşulmasına və xidmət göstərilməsinə
dair xidmət mərkəzi ilə müqavilə
bağlayır, habelə quraşdırılacaq
POS-terminalın istehsalçısı tərəfindən
verilmiş və bu Qaydaların 3.1.1-ci yarımbəndində
nəzərdə tutulmuş sertifikatın surətini xidmət
mərkəzinə təqdim edir.
3.4. POS-terminalın mülkiyyətçisi
sifarişçi və ya bank ekvayer ola bilər.
Sifarişçiyə məxsus POS-terminal bu Qaydaların 3.1-ci
bəndinin tələblərinə cavab verməlidir.
4. POS-terminalın
quraşdırılması
4.1. Azərbaycan Respublikasının Vergilər
Nazirliyi (bundan sonra- Vergilər Nazirliyi) qanunvericiliyə
müvafiq olaraq POS-terminalların quraşdırılması tələb
olunan sifarişçiyə məxsus bütün təsərrüfat
subyektlərində POS-terminalların
quraşdırılması üçün bu Qaydaların 2
nömrəli əlavəsinə uyğun bildiriş göndərir.
4.2. Sifarişçi bildirişi
aldıqdan sonra 10 (on) iş günü müddətində
POS-terminalın quraşdırılması üçün
bank ekvayerə müraciət etməlidir.
4.3. Sifarişçi POS-terminalın
quraşdırılması üçün ərizə ilə
birlikdə aşağıdakı sənədləri bank
ekvayerə təqdim etməlidir:
4.3.1. vergi ödəyicisinin və ya
dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini
təsdiq edən sənədin surəti;
4.3.2. sifarişçinin vergi uçotuna
alınması haqqında şəhadətnamənin surəti;
4.3.3. təsərrüfat subyektinin vergi
uçotunu təsdiq edən sənədin surəti.
4.4. Bank ekvayer sifarişçinin müraciətinə
bu Qaydaların 4.3-cü bəndində göstərilmiş sənədlər
təqdim edildikdən sonra 3 (üç) iş günü
müddətində baxır. Bu müddətdə bank ekvayer
POS-terminalın quraşdırılması üçün
texniki imkanların yoxlanması məqsədi ilə təsərrüfat
subyektinə yerində baxış həyata keçirə bilər.
4.5. Bank ekvayer sifarişçiyə
POS-terminalın quraşdırılmasından
aşağıdakı hallarda imtina edir:
4.5.1. bu Qaydaların 4.3-cü bəndində
nəzərdə tutulmuş sənədlər tam və
düzgün təqdim edilmədikdə;
4.5.2. bank ekvayerin təsərrüfat
subyektində quraşdırmaq üçün POS-terminalı
olmadıqda;
4.5.3. texniki
səbəblərdən POS-terminalın
quraşdırılması mümkün olmadıqda.
4.6. Bank ekvayer sifarişçiyə
POS-terminalın quraşdırılmasından bu Qaydaların
4.5-ci bəndində göstərilmiş hallarda imtina etdikdə,
bu Qaydaların 4.4-cü bəndində göstərilmiş
müddətdə imtinanın səbəbləri qeyd edilməklə,
elektron və ya kağız daşıyıcısında
Vergilər Nazirliyinə və sifarişçiyə bu
Qaydaların 3 nömrəli əlavəsinə uyğun məlumat
göndərir.
4.7. Sifarişçi bank ekvayerdən imtina
haqqında məlumat aldıqdan sonra 5 (beş) iş
günü müddətində imtinaya səbəb olan
uyğunsuzluqları aradan qaldırmaqla, (bu Qaydaların
4.5.3-cü yarımbəndində
nəzərdə tutulmuş halda 15 (on beş) gün
müddətində) yenidən həmin banka və ya
POS-terminalın quraşdırılması üçün
digər bank ekvayerə müraciət edir.
4.8. Bank ekvayer tərəfindən
sifarişçinin müraciətinə müsbət
baxıldıqda və müqavilə şərtləri
üzrə razılıq əldə edildikdə, tərəflər
arasında müqavilə bağlanılır və 20 (iyirmi)
iş günü müddətində sifarişçinin
müqavilədə nəzərdə tutulmuş təsərrüfat
subyektlərində POS-terminal quraşdırılır. Bank
ekvayer POS-terminal quraşdırıldıqdan sonrakı ilk
iş günü bu barədə elektron və ya kağız
daşıyıcısında POS-terminalın qeydiyyatı
üçün Vergilər Nazirliyinə bu Qaydaların 4
nömrəli əlavəsinə uyğun olaraq müraciət
göndərir.
4.9. Bank ekvayerlə sifarişçi
arasında bağlanmış müqavilədə
aşağıdakılar əks olunmalıdır:
4.9.1. tərəflərin kartların qəbulu
və xidmət olunması üzrə hüquq və vəzifələri;
4.9.2. bank ekvayerlə sifarişçi
arasında hesablaşmaların aparılması qaydası və
müddəti;
4.9.3. kart vasitəsilə mal, iş və
xidmətlərin dəyərinin ödənilməsi zamanı
sifarişçinin əlavə haqq təyin etməmək
öhdəliyi;
4.9.4. sifarişçi tərəfindən
bank ekvayerə ödəniləcək xidmət haqqı və
onun ödənilməsi qaydası;
4.9.5. təsərrüfat subyekti tərəfindən
kartların ödənişə qəbulu zamanı zəruri
olan təhlükəsizlik tədbirləri;
4.9.6. bu Qaydaların tələblərinə
uyğun olaraq, sifarişçi tərəfindən
kartların ödənişə qəbul edilməsindən
mümkün imtina halları;
4.9.7. nəzərdə tutulmuş təhlükəsizlik
tədbirlərinin və digər şərtlərin
pozulması halında tərəflərin məsuliyyəti;
4.9.8. kart vasitəsilə
aparılmış əməliyyata görə ödənişin
geri qaytarılması zamanı müştəri ilə
müvafiq hesablaşmanın aparılması qaydası və
müddəti;
4.9.9. POS-terminal sıradan
çıxdıqda, onun təmiri və ya əvəzedilməsi
müddəti, həmçinin nasazlıqların aradan
qaldırılması üzrə tərəflərin öhdəlikləri;
4.9.10. müqavilənin dəyişdirilməsi
və ləğv edilməsi qaydası;
4.9.11. mübahisələrin həlli
qaydası.
4.10. Bu Qaydaların 4.9-cu bəndində
göstərilən tələblər nəzərə
alınmaqla bank ekvayer, sifarişçi və xidmət mərkəzi
arasında üçtərəfli müqavilə
bağlanıla bilər.
4.11. Vergilər Nazirliyi 2 (iki) iş
günü müddətində bank ekvayerin təqdim etdiyi məlumatlar
əsasında POS-terminala qeydiyyat nömrəsi verir və
müvafiq məlumatları bu
Qaydaların 5 nömrəli əlavəsinə uyğun olaraq
elektron və ya kağız daşıyıcısında bank
ekvayerə göndərir.
4.12. Bank ekvayer Vergilər Nazirliyindən
aldığı məlumatlar əsasında tərtib etdiyi
POS-terminalın qeydiyyat nömrəsi haqqında məlumatı
bu Qaydaların 6 nömrəli əlavəsinə uyğun
olaraq 2 (iki) iş günü
müddətində sifarişçiyə göndərir. Bank
ekvayer 2 (iki) iş günü müddətində
POS-terminalın qoşulması və xidmət göstərməsi
üçün xidmət mərkəzinə müvafiq qaydada
sifariş göndərir. Xidmət mərkəzi 2 (iki) iş
günü müddətində POS-terminalın
qoşulmasını təmin edir.
4.13. POS-terminal xidmət mərkəzinə
qoşulduqdan dərhal sonra sifarişçi POS-terminal vasitəsilə
ödənişlərin qəbul edilməsini təmin edir.
4.14. POS-terminalla aparılan əməliyyatlar
üzrə hesablaşmalar sifarişçinin bank ekvayerdəki
hesabı vasitəsilə həyata keçirilir.
5. POS-terminaldan
istifadə edilməsi
5.1. Sifarişçi əməliyyatçının
bank ekvayerlə bağlanmış müqavilənin şərtlərinə,
o cümlədən təhlükəsizlik tədbirlərinə
riayət etməsini təmin edir.
5.2. Sifarişçinin POS-terminal
quraşdırmış təsərrüfat subyekti ödənişə
qəbul edilən kart təşkilatının müvafiq
loqotipini kart sahibinin rahat görə biləcəyi yerdə
yerləşdirir.
5.3. Əməliyyatçı kartlar vasitəsilə
ödənişin qəbul edilməsi zamanı kart istifadəçisinə
özündə aşağıdakı məcburi rekvizitləri
əks etdirən qəbzin verilməsini təmin edir:
5.3.1. bank ekvayerin adı;
5.3.2. sifarişçinin adı və
VÖEN-i;
5.3.3. qəbzin nömrəsi;
5.3.4. əməliyyatın tarixi (gün,
ay, il) və vaxtı (saat, dəqiqə);
5.3.5. xidmət mərkəzinin adı;
5.3.6. POS-terminalın kodu;
5.3.7. ödənişin məbləği;
5.3.8. kartın təhlükəsizlik tələbləri
çərçivəsində icazə verilən rekvizitləri;
5.3.9. avtorizasiya kodu.
5.4. POS-terminal vasitəsilə dövlət
büdcəsi və büdcədənkənar vəsaitlər
üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə
hesabına ödənişlərin aparılması zamanı
qəbzdə büdcə təşkilatı və ya büdcədənkənar
dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin
təsnifatı və büdcə səviyyəsinin kodu qeyd
edilir.
5.5. Təhlükəsizlik tələblərinə
müvafiq olaraq, əməliyyatçı qəbzin kart istifadəçisi
tərəfindən imzalanmasını tələb edə bilər.
5.6. Sifarişçi qanunvericiliklə
müəyyən olunmuş hallar istisna olmaqla kart, kart istifadəçisi,
habelə aparılmış əməliyyatlar haqqında ona məlum
olan məlumatların məxfiliyinin qorunmasını təmin
edir.
5.7. İş gününün sonunda əməliyyatçı
bank ekvayerlə sifarişçi arasında
bağlanmış müqaviləyə uyğun olaraq xidmət
mərkəzinə (və ya ekvayer banka) sorğu göndərərək,
gün ərzində aparılmış əməliyyatları
üzləşdirir. Hər hansı uyğunsuzluq aşkar
olunduqda, bu barədə xidmət mərkəzi (və ya
ekvayer bankı) məlumatlandırılır
və aradan qaldırılması üçün müvafiq tədbirlər
görülür.
5.8. Sifarişçi kartlar vasitəsilə
ödənişin qəbul edilməsi üçün təsərrüfat
subyektlərində
POS-terminalların işlək vəziyyətdə
olmasını təmin edir və hər hansı nasazlıq
baş verdikdə, bu barədə bank ekvayeri (və ya xidmət
mərkəzini) dərhal məlumatlandırır.
5.9. POS-terminalda nasazlıq baş verdikdə,
bank ekvayer və ya sifarişçi (POS-terminal
sifarişçinin mülkiyyətində olduğu halda) 5 (beş) iş günü müddətində
POS-terminalın işlək vəziyyətə gətirilməsini
təmin edir. POS-terminalın təmiri daha çox müddət
tələb etdikdə, bank ekvayer və ya sifarişçi təsərrüfat
subyektini yeni POS-terminalla təmin edir. Təmirə ehtiyacı
olan POS-terminalın qeydiyyatdan çıxarılması və
yeni POS-terminalın qeydiyyata alınması bu Qaydalara uyğun
həyata keçirilir.
6.
POS-terminalın qeydiyyatdan çıxarılması
6.1. Bank ekvayer aşağıdakı
hallarda 3 (üç) iş günü müddətində
POS-terminala verilmiş qeydiyyat nömrəsinin (nömrələrinin)
ləğv edilməsi üçün bu Qaydaların 7
nömrəli əlavəsinə uyğun olaraq elektron və ya kağız
daşıyıcısında Vergilər Nazirliyinə
müraciət edir:
6.1.1. sifarişçi ilə bank ekvayer
arasında bağlanmış müqaviləyə xitam
verildikdə;
6.1.2. POS-terminal yenisi ilə əvəz e
dildikdə (bu zaman yeni terminalın qeydiyyat
məlumatları bu Qaydalara uyğun təqdim edilir);
6.1.3. sifarişçinin POS-terminal
quraşdırılmış təsərrüfat subyekti ləğv edildikdə.
6.2. Vergilər Nazirliyi POS-terminala
verilmiş qeydiyyat nömrəsinin ləğv edilməsi
üçün bank ekvayerdən müraciət daxil olduqdan
sonra 3 (üç) iş günü müddətində
qeydiyyat nömrəsini ləğv edir və bu Qaydaların 8
nömrəli əlavəsinə uyğun olaraq banka məlumat verir.
6.3. Bu Qaydaların 6.1.1-ci yarımbəndində
nəzərdə tutulmuş hallarda POS-terminal qeydiyyatdan
çıxarıldıqdan sonra 3 (üç) iş
günü müddətində sifarişçiyə yeni
POS-terminalın quraşdırılması üçün bu
Qaydaların 9 nömrəli əlavəsinə uyğun
olaraq bildiriş göndərilir.
Sifarişçi bu Qaydaların 4.2-ci bəndinin tələblərinə
uyğun olaraq, yeni POS-terminalın
quraşdırılmasını təmin etməlidir.
7. Yekun müddəalar
7.1. Sifarişçi, eyni zamanda bir
neçə bank ekvayerin xidmətindən istifadə edə
bilər. Hər bir
POS-terminalın qeydiyyatı bu Qaydalara uyğun həyata
keçirilir.
7.2. Dövriyyəsindən və yerləşdiyi
ərazidən asılı olmayaraq, fərdi sahibkarlar və
hüquqi şəxslər təsərrüfat subyektlərində
POS-terminalın quraşdırılması üçün
könüllü şəkildə bank ekvayerə müraciət
edə bilərlər.
“Azərbaycan Respublikasının ərazisində POS-terminalların
quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 1
nömrəli əlavə
Ərazilər
üzrə POS-terminalların mərhələlərlə tətbiqi
cədvəli
Sıra ¹-si
Ərazinin
adı
İcra
müddəti
1.
Bakı, Gəncə və
Sumqayıt şəhərləri
2012-ci il
2.Abşeron, Mingəçevir, Şirvan,
Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz,
Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir,
Tovuz, Salyan, Sabirabad şəhər və rayonları (kənd
və qəsəbələr istisna olmaqla) 2013-cü il
3. Digər rayon mərkəzləri (kənd
və qəsəbələr istisna olmaqla)
2014-cü il
4. Azərbaycan
Respublikasının bütün kənd və qəsəbələri
2015-ci il
5. Ərazisindən
asılı olmayaraq vergilərin və göstərilən
xidmətlərə (işlərə) görə dövlət
rüsumlarının və haqlarının ödənişini
qəbul edən dövlət
orqanları
2013-cü il
“Azərbaycan
Respublikasının ərazisində
POS-terminalların quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 2
nömrəli əlavə
B İ L D
İ R İ Ş ________
Sifarişçinin adı ___________________________________
Sifarişçinin VÖEN-i ___________________________________
Azərbaycan
Respublikasının Vergilər Nazirliyi bildirir ki, 20__-c_ ilin ___-c_
rübü üzrə orta aylıq dövriyyəniz ___
manat təşkil etmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
________ tarixli ___ nömrəli qərarına əsasən
tərəfinizdən bildiriş alındıqdan sonra 10 (on)
iş günü müddətində _________ kodlu obyekt(lər)də
POS-teminal(lar)ın quraşdırılması
üçün müvafiq bank ekvayerə müraciət edilməlidir.
POS-terminalın
quraşdırılması üçün bank ekvayerə ərizə
ilə birlikdə fərdi sahibkarın və ya hüquqi şəxsin
qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən
sənədin, sifarişçinin vergi uçotuna
alınması haqqında şəhadətnamənin və təsərrüfat
subyektinin vergi uçotunu təsdiq edən sənədin surətləri
təqdim edilir.
Vergi
orqanının səlahiyyətli nümayəndəsi ____________
(imza)
_____________________
(soyadı,
adı)
Tarix
___________
M.Y.
“Azərbaycan
Respublikasının ərazisində
POS-terminalların quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 3
nömrəli əlavə
POS-terminalın
quraşdırılmasından imtina barədə məlumat
Bank ekvayerin
adı
_________________________________
Sifarişçinin adı _________________________________
Sifarişçinin VÖEN-i
_________________________________
Sənədlərin
bank ekvayerə təqdim edilmə tarixi ___________________
İmtinanın səbəbi (tam və ətraflı)
Bank ekvayerin
səlahiyyətli nümayəndəsi
____________
(imza)
_____________________
(soyadı, adı)
Tarix
_______________
M.Y.
“Azərbaycan
Respublikasının ərazisində
POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi
Qaydaları”na 4 nömrəli əlavə
POS-terminalın qeydiyyatı üçün müraciət
Bank ekvayerin
adı
_________________________________
Sifarişçinin adı _________________________________
Sifarişçinin VÖEN-i _________________________________
Təsərrüfat subyektinin kodu
Təsərrüfat
subyektinin adı
Ünvan
POS-terminalın seriya nömrəsi
Bank ekvayerin
səlahiyyətli nümayəndəsi
____________
(imza)
_____________________
(soyadı, adı)
Tarix __________________
M.
“Azərbaycan
Respublikasının ərazisində
POS-terminalların quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 5
nömrəli əlavə
POS-terminalın qeydiyyatı
haqqında məlumat
Bank ekvayerin adı _________________________________
Sifarişçinin adı _________________________________
Sifarişçinin VÖEN-i _________________________________
Təsərrüfat
subyektinin kodu
Təsərrüfat
subyektinin adı
Ünvan
POS-terminalın seriya nömrəsi
POS-terminalın qeydiyyat nömrəsi
POS-terminalın qeydiyyata alınma tarixi
Vergi
orqanının səlahiyyətli nümayəndəsi
____________
(imza)
_____________________
(soyadı, adı)
Tarix
__________________
M.Y.
“Azərbaycan Respublikasının ərazisində
POS-terminalların
quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 6
nömrəli əlavə
POS-terminalın qeydiyyatı haqqında məlumat
Bank ekvayerin
adı
_______________________________
Vergi ödəyicisinin adı _______________________________
Vergi ödəyicisinin VÖEN-i _______________________________
Təsərrüfat
subyektinin kodu
Təsərrüfat
subyektinin adı
Ünvan
POS-terminalın seriya nömrəsi
POS-terminalın qeydiyyat nömrəsi
POS
-terminalın qeydiyyata alınma tarixi
Bank
ekvayerin səlahiyyətli nümayəndəsi ____________
(imza)
_____________________
(soyadı,
adı)
Tarix __________________
M.Y.
“Azərbaycan Respublikasının ərazisində POS-terminalların
quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 7
nömrəli əlavə
POS-terminalın qeydiyyatdan çıxarılması
üçün müraciət
Bank ekvayerin
adı
_______________________________
Sifarişçinin adı _______________________________
Sifarişçinin VÖEN-i ________________________________
Təsərrüfat
subyektinin kodu
Təsərrüfat
subyektinin adı
Ünvan
POS-terminalın seriya nömrəsi
POS-terminalın qeydiyyat nömrəsi
POS
-terminalın qeydiyyata alınma tarixi
POS-terminalın qeydiyyatının ləğvi səbəbi:
Sifarişçi ilə bank ekvayer arasında
bağlanmış müqaviləyə xitam verilib. □ POS-terminal yenisi ilə əvəz
edilib.
Təsərrüfat subyekti ləğv
edilib.
Bank ekvayerin səlahiyyətli nümayəndəsi
____________
(imza)
_____________________
(soyadı, adı)
Tarix
__________________
M.Y.
“Azərbaycan
Respublikasının ərazisində
POS-terminalların quraşdırılması,
istifadəsi
və tətbiqi Qaydaları”na
8 nömrəli əlavə
POS-terminalın qeydiyyatdan
çıxarılması haqqında məlumat
Bank ekvayerin
adı ______________________________
Sifarişçinin adı ______________________________
Sifarişçinin VÖEN-i ______________________________
Təsərrüfat
subyektinin kodu
Təsərrüfat
subyektinin adı
Ünvan
POS-
terminalın seriya nömrəsi
POS-terminalın qeydiyyat nömrəsi
POS-terminalın qeydiyyata alınma
tarixi
POS
-terminalın qeydiyyatdan çıxarılma tarixi
Vergi orqanının səlahiyyətli
nümayəndəsi
____________
(imza)
_____________________
(soyadı, adı)
Tarix __________________
M.Y.
“Azərbaycan Respublikasının ərazisində POS-terminalların
quraşdırılması, istifadəsi və
tətbiqi Qaydaları”na 9
nömrəli əlavə
B İ L D
İ R İ Ş ________
Sifarişçinin adı
___________________________________________
Sifarişçinin VÖEN-i ___________________________________________
Azərbaycan
Respublikasının Vergilər Nazirliyi bildirir ki, 20__ -c_ il
_________ tarixində sizə məxsus ___________ kodlu təsərrüfat
subyektində quraşdırılmış ____________ nömrəli
POS-terminal qeydiyyatdan çıxarılmışdr.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin _____ tarixli _____ nömrəli
qərarına əsasən tərəfinizdən bildiriş
alındıqdan sonra 10 (on) iş günü müddətində
həmin obyektdə
POS-terminal(lar)ın quraşdırılması
üçün müvafiq bank ekvayerə müraciət edilməlidir.
POS-terminalın quraşdırılması
üçün bank idarəsinə ərizə ilə birlikdə
fərdi sahibkarın və ya hüquqi şəxsin rəhbərinin
və ya qanuni təmsilçisinin şəxsiyyətini təsdiq
edən sənədin, sifarişçinin vergi uçotuna
alınması haqqında şəhadətnamənin və təsərrüfat
subyektinin vergi uçotunu təsdiq edən sənədin surətləri
təqdim edilir.
Vergi
orqanının səlahiyyətli nümayəndəsi
____________
(imza)
_____________________
(soyadı, adı)
Tarix __________________
M.Y.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 4 oktyabr
tarixli 219
nömrəli qərarı ilə təsdiq edilmişdir
POS-terminallar quraşdırılacaq obyektlərin
müəyyənləşdirilməsi meyarları
POS-terminallar
quraşdırılacaq obyektlər
aşağıdakılardır:
1.1.
dövriyyəsindən və ərazisindən
asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV)
ödəyicilərinin bütün təsərrüfat
subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri
üçün qeydiyyata alındığı tarixdən);
1.2.
dövriyyəsindən və ərazisindən
asılı olmayaraq avtomobil və mebel satışı
üzrə ixtisaslaşmış müəssisələr,
idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri,
istirahət və əyləncə obyektləri, mehmanxanalar,
şadlıq evləri, yanacaqdoldurma məntəqələri,
hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri
ilə sərnişindaşımada biletlərin
satışını həyata keçirən satış məntəqələri
və turizm şirkətləri (təsərrüfat subyektinin
(obyektinin) qeydiyyata alındığı tarixdən);
1.3. rüb
üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan
artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat
subyektləri (obyektləri) (ərazilər
üzrə POS-terminalların mərhələlərlə tətbiq
edilməsi cədvəlinə uyğun olaraq);
1.4.
hüquqi şəxslərə və fərdi sahibkarlara
məxsus minik avtomobili ilə (taksi) sərnişin
daşınmasını həyata keçirən nəqliyyat
vasitələri (ərazilər üzrə POS-terminalların
mərhələlərlə tətbiq edilməsi cədvəlinə
uyğun olaraq);
1.5. vergilərin
və göstərilən xidmətlərə (işlərə)
görə dövlət rüsumlarının və
haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər
üzrə POS-terminalların mərhələlərlə tətbiq
edilməsi cədvəlinə uyğun olaraq).
POS-terminallar
quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi
meyarları
1. POS-terminallar quraşdırılacaq
obyektlər aşağıdakılardır:
1.1. dövriyyəsindən və ərazisindən
asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV)
ödəyicilərinin bütün təsərrüfat
subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri
üçün qeydiyyata alındığı tarixdən);
1.2. dövriyyəsindən və ərazisindən
asılı olmayaraq avtomobil və mebel satışı
üzrə ixtisaslaşmış müəssisələr,
idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri,
istirahət və əyləncə obyektləri, mehmanxanalar,
şadlıq evləri, yanacaqdoldurma məntəqələri,
hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri
ilə sərnişindaşımada biletlərin
satışını həyata keçirən satış məntəqələri
və turizm şirkətləri (təsərrüfat subyektinin
(obyektinin) qeydiyyata alındığı tarixdən);
1.3. rüb üzrə orta aylıq
dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin
bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə
POS-terminalların mərhələlərlə tətbiq edilməsi
cədvəlinə uyğun olaraq);
1.4. hüquqi şəxslərə və
fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin
daşınmasını həyata keçirən nəqliyyat
vasitələri (ərazilər üzrə POS-terminalların
mərhələlərlə tətbiq edilməsi cədvəlinə
uyğun olaraq);
1.5. vergilərin
və göstərilən xidmətlərə (işlərə)
görə dövlət rüsumlarının və
haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər
üzrə POS-terminalların mərhələlərlə tətbiq
edilməsi cədvəlinə uyğun olaraq).
Azərbaycan.-2012.-
7 oktyabr.- S.1.