Qubada ilk dəfə Alma bayramı keçirildi

 

 Qubada bütün bayramları bir-birindən maraqlı, rəngarəng keçirmək artıq bir ənənəyə çevrilmişdir.  Elimizin ən gözəl adət-ənənələri burada heç vaxt unudulmur, qorunub saxlanılır keçmişin əziz yadigarı kimi gələcək nəsillərə ötürülür. Bu rayonu məşhur edən onun almasıdır, - desək, yanılmarıq. Onu da qeyd edək ki, bu gün Quba almasının şöhrəti ölkəmizin hüdudlarından çox uzaqlara yayılmışdır.  Məhz buna görə rayon icra hakimiyyəti Alma bayramının keçirilməsinə qərar verdi. Artıq neçə ay idi ki, hamı ciddi hazırlaşır, çalışırdı  ki,  ən xırda məqamları belə nəzərdən qaçırmasın. Həm rayon miqyasında, həm şəhərin ayrı-ayrı küçələrində, qəsəbələrdə maarif, mədəniyyət səhiyyə ocaqlarında, oktyabrın ilk günlərindən başlayaraq gedən hazırlıq işləri Qubada bayram təntənəsinin kulminasiya nöqtəsinə az qaldığından xəbər verirdi.

Rayonun müxtəlif yerlərində xüsusi işıqlandırma ilə quraşdırılan almaların,  qədim sənət növlərinin şəkillərini əks etdirən reklam tablolarının sayı tədricən artırdı. Bütün bu hazırlıqlar bəhrəsini verdi, Alma bayramını möhtəşəm təmtəraqlı tədbirə çevirdi.

Bayram  günü rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri dəstə-dəstə  ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektə axışırdılar. Tədbir ümummilli lider Heydər Əliyevin rayonun girəcəyində ucaldılmış əzəmətli abidəsinin qarşısından başladı. 30 xarici ölkədən

80-ə yaxın qonaq, Milli Məclisin deputatları, ətraf rayonların icra başçıları, rayon ictimaiyyəti ziyalılar birlikdə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri düzdülər.

Heydər Əliyev prospektindən tədbir iştirakçıları şəhərin mərkəzinə - Quba meydanına doğru yürüşə başladılar. Dəniz kimi coşan izdiham, dalğalanan bayraqlar hamının qəlbini coşdurur, riqqətə gətirirdi.

Burada hər şey iştirakçıların marağına səbəb olacaq dərəcədə gözəl düzəldilmişdi. Rayonun keçmişini bugününü özündə ehtiva edən kitabların, arxeoloji qazıntılar zamanı əldə edilən nümunələrin, qədimliyi gözəlliyi ilə seçilən misgərlik, nəqqaşlıq, memarlıq incilərinin burada sərgilənməsi hamıda sonsuz maraq hissi doğurdu. Sonra tədbir iştirakçıları  meydanda almadan  düzəldilmiş təamların müxtəlif alma növlərindən hazırlanan şirniyyatların dadına baxdılar.

Mərasimin rəsmi hissəsində rayon icra hakimiyyətinin başçısı

M. Ağayev  Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirildiyini,  ölkənin iqtisadi qüdrətinin davamlı şəkildə yüksəldiyini qeyd etdi. Natiq bu tərəqqinin Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Qubada da aydın müşahidə olunduğunu vurğuladı.

Qeyd edək ki, Alma bayramının Qubada keçirilməsi təsadüfi deyildir. Çünki alma Qubanın şan-şöhrəti, əsas rəmzi, əhalinin ruzi dolanışıq mənbəyidir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi torpaq islahatları nəticəsində bağlar kəndlilərə paylanıldı, minlərlə insan sahibkara çevrildi, varlandı, güzəranları dəyişdi. Meyvəçiliyin inkişafı vüsət aldı, rayonda meyvə bağlarının sahəsi 14 min hektara çatdı.

Almalarla dolu 22 maşın tədbir iştirakçılarının qarşısından keçdi. Qubada yetişdirilən alma növləri barədə məlumat verildi. O da bildirildi ki, hazırda rayonun beynəlxalq ticarət əlaqələri genişlənir.

Daha sonra valideyn himayəsindən məhrum olan gənclərin nikah mərasimi keçirildi. Elnur Kəramətzadə  Leyla Qədirovanın toy məclisi "Quba" şadlıq sarayında davam etdirildi. Bəylə gəlinə hədiyyələr təqdim edildi.  Azərbaycanda təhsil alan xarici tələbələrdən Əli Əkrəm, Sami Yasin, Ruhanna, Ludesa başqaları bu bayrama gənclərin toyuna sevindiklərini gizlətmədilər. Belə ölkədə xoşbəxt olmağın asan olduğunu vurğuladılar. Bayram konserti ilə davam edən tədbir atəşfəşanlıqla başa çatdı.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2012.- 7 oktyabr.- S.2.