AzərTAc ilə KUNA
arasında əlaqələr etibarlı tərəfdaşlıq münasibətləri üzərində
qurulmuşdur
AzərTAc ilə KUNA arasında əlaqələr
etibarlı tərəfdaşlıq münasibətləri
üzərində qurulmuşdur.
Bu fikir İkinci
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Küveytin KUNA İnformasiya
Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək əd-Dueyc əl-İbrahim
əs-Subahın başçılıq etdiyi
nümayəndə heyəti ilə AzərTAc-da keçirilmiş görüşdə səslənmişdir.
Baş direktor Aslan Aslanov Şeyx Mübarək
əd-Dueyc əl-İbrahim əs-Subaha, nüfuzlu
"əl-Qəbəs" qəzetinin baş
redaktoru Vəlid ən-Nasafa və digər
küveytli qonaqlara
müstəqil Azərbaycanın təməli ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi, əldə olunan nailiyyətlər, AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri barədə
ətraflı məlumat vermişdir.
AzərTAc-ın
KUNA agentliyi ilə Asiya
və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri
Təşkilatı (OANA) və Beynəlxalq İslam
İnformasiya Agentlikləri Birliyi (İİNA) çərçivəsində
uğurla əməkdaşlıq etdiyini xatırladan baş
direktor hər iki agentlik arasında informasiya
və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsinin
vacibliyini bildirmişdir.
Şeyx Mübarək əd-Dueyc əl-İbrahim əs-Subah ətraflı
məlumata görə təşəkkür etmiş,
2009-cu ildə agentliklər arasında bağlanmış əməkdaşlıq
sazişinə uyğun olaraq
informasiya və təcrübə
mübadiləsinin genişləndirilməsinin vacibliyini
vurğulamışdır.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün
Azərbaycanda səfərdə olan küveytli qonaq forumda müzakirə edilmiş
mövzuların aktuallığını qeyd
edərək, AzərTAc-ın rəhbərliyi ilə keçirilmiş "Müasir
KİV və yeni
çağırışlar" mövzusunda
"dəyirmi masa"nın informasiya
agentliklərinin
qarşısında duran problemlərin həlli
yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə
çatdırmışdır.
Küveyt dövlətinin Azərbaycan
Respublikasındakı səfiri Qəssan Yusif əz-Zavavi
görüşdə iştirak etmişdir.
Azərbaycan.-2012.-
7 oktyabr.- S.3.