Naxçıvan Bakı Beynəlxalq
Humanitar Forumunun iştirakçılarını valeh etdi
Bakı Beynəlxalq Humanitar
Forumunun
iştirakçılarından
35 ölkəni təmsil edən 83 nəfərlik
nümayəndə heyəti
dünən Naxçıvan Muxtar
Respublikasına səfər etmişdir. Qonaqlar əvvəlcə ümummilli
lider Heydər Əliyevin Naxçıvan
şəhərindəki büstünü
ziyarət etmiş, Heydər Əliyev
Muzeyində olmuşlar.
Daha sonra nümayəndə
heyətinin üzvləri Naxçıvan Xalça
muzeyi, Açıq səma altında muzey, Xan Sarayı
tarixi-memarlıq kompleksi, Şərqin
möhtəşəm memarlıq abidəsi Möminə Xatun türbəsi, Heydər Əliyev
Sarayı ilə tanış olmuşlar. Nuh Peyğəmbərin məzarüstü
türbəsi qonaqları bu
torpağın qədimliyi ilə heyrətləndirmişdir.
Forum iştirakçıları
Naxçıvan Dövlət Tarix Muzeyi və Hüseyn Cavidin ev-muzeyində olmuşlar.
Naxçıvan şəhəri ilə tanışlıqdan xeyli məmnun görünən qonaqlar Duzdağ Fizioterapiya Mərkəzini təbiətin
möcüzəsi sayıblar.
Forumun iştirakçıları bu
gün Naxçıvan Muxtar Respublikası ilə
tanışlıqlarını davam etdirəcəklər. Qonaqlar
qədim milli memarlığı, yaşı əsirlərlə
ölçülən xan çinarları və kəhrizləri
ilə məşhur olan Ordubad rayonunu gəzəcək, Quranda
adı çəkilən Əshabi-Kəhf ziyarətgahı və
Badamlı mineral sular zavodu ilə tanış olacaqlar.
Qonaqların şərəfinə Naxçıvan Dövlət
Musiqili Dram Teatrında konsert veriləcək və
günün sonunda nümayəndə heyəti Bakıya
qayıdacaq.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2012.-
7 oktyabr.- S.4.