Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 219  Bakı şəhəri, 4 oktyabr 2012-ci il

 

 "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın və "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nın təsdiq edilməsi barədə

 

 "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 205-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 536 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "POS-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarları"nın və "Ərazilər üzrə POS-terminal aparatlarının mərhələlərlə tətbiq edilməsi cədvəli"nin təsdiq edilməsi barədə" 2006-cı il 3 fevral tarixli 33 nömrəli qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 182) və "Azərbaycan Respublikasının ərazisində POS-terminalların istismar və istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2006-cı il 18 fevral tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 202) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu qərardan irəli gələn məsələlərin həllini təmin etsinlər.

5. Aidiyyəti dövlət orqanlarına tapşırılsın ki, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının kartlarla ödənilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

 

 

 Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 7 oktyabr.- S.1.