Qədim sənət nümunəsi:
həsirçilik
Hər bir
xalqın tarixi keçmişi
onun milli-mənəvi dəyər statusu qazanmış ulu sənət
əsərləri nümunələrində daha
dolğun əks olunur.
Azərbaycan xalqının tarixini
özündə əks etdirən
belə nümunələr isə istənilən qədərdir.
Onlardan biri də hələ
erkən orta əsr dövrlərindən yadigar qalan həsirlərdir. Yeri gəlmişkən,
sənətin bu növü
çox yerdə qorunub
saxlanmayıb. Ölkəmizdə isə qorunub
saxlanan bu sənətin
əsasən cənub bölgəsində
yaşadılması iqlim şəraiti ilə
bağlıdır. Respublikamızın cənub regionu subtropik olduğundan il boyu nəmişliyi ilə seçilir.
Burada meydana gələn həsirçilik də məhz
bununla bağlıdır. Evlərdə
torpağın nəmliyini
götürmək üçün digər
yerlərdə saman
və küləş üzərinə xalça-palaz döşənirdisə, cənub
bölgəsində həsirdən istifadə olunurdu.
Bir sıra məişət əşyalarının
hazırlanmasında da həsirçilik sənəti
köməyə gəlir. Məsələn, həsir zənbillər,
şlyapalar, çantalar,
saxsı qablar üçün
tutacaqlar, asılqanlar... və s. məmulatlardan bu gün də geniş
istifadə olunur.
Astaradan olan məşhur həsirtoxuyan Rüfət
Rzayev deyir ki, bataqlıqda bitən qamışdan toxunan həsirlərə
bu gün də ehtiyac var, baxmayaraq
ki, onu əvəz edən
çoxsaylı məişət əşyaları fabrik şəraitində istehsal
edilir. Həsirin toxunmasında istifadə
edilən əsas xammal bataqlıqda bitən
qarğı-qamışdır. Hələ 10 yaşında ikən
həsirçiliyi valideynlərindən öyrənən və 60 il onun qorunub saxlanmasına
xidmət göstərən ustanın məqsədi bu qədim sənəti gələcək nəsillərə
çatdırmaqdır: "Atalarımız,
babalarımız bu sənəti
yaşadıb. Ona görə də fikirləşirəm
ki, gələcək nəsillərin xəbəri
olsun deyə biz də
bu sənəti
yaşatmalıyıq".
O deyir ki,
respublikamızın cənub bölgəsində əvvəllər
bu sənəti öyrədənlər də
çox idi, öyrənənlər
də. İndi isə belələrini ancaq barmaqla saymaq olar. Halbuki
bataqlıqda bitən qamışdan müxtəlif məişət
əşyaları, o cümlədən yerə
döşənən həsiri ərsəyə
gətirmək mümkündür.
Hazırda yerə döşənən həsirdən ancaq cənub bölgəsində istifadə olunur. Bu da,
qeyd etdiyimiz kimi, həmin ərazilərdə nəmişliyin çoxluğu
ilə əlaqədardır.
Bataqlıqdan yığılan xammal
müəyyən texnoloji proses
dövründən sonra yararlı hesab edilir. Həsir toxunan püzə içərisi boş olan
qamışlardır. Onlar nəmişliyi
özündə saxlayır. Cənub bölgəsindəki uzunömürlüyün sirlərini öyrənən
mütəxəssislər də bu qənaətə
gəliblər ki, evlərdə həsirdən
istifadə edən insanlarda yel xəstəliyinə təsadüf olunmur.
Həsirlər də
iki növə bölünür:
sadə və naxışlı. Sadə həsirlərdən
fərqli olaraq,
naxışlarla toxuma bir qədər mürəkkəbdir. "Şona", "əymə", "ləmləki",
"güllülər" naxışlı həsirlərə
aiddir. Həsirlər hanada
(dəzgahda) toxunur. Xatırladaq ki, cecim, fərməş,
xurcun, heybə
və s. kimi digər
məişət malları da hanada toxunur. Əziyyətlə başa
gələn həsirlərin satış qiymətləri baha deyil. Məsələn,
kiçik səbətlər 2 manata
satılır. Böyük səbətləri
isə 5 manata almaq mümkündür.
Həsir səbətlər
soyuducu rolunu da oynayır. Həsir şlyapalar
insanların gündən qorunmasında xüsusi
əhəmiyyət daşıyır. Həsir səbətlərdə
meyvə uzun müddət xarab
olmaz. Soyuducu həddən
artıq soyuq olduqda meyvəni don vurur. Lakin həsir toxunan qamış-çubuqların içərisi
boş olduğundan orada havanın temperaturu sabit qalır, buna görə
də ərzaq və meyvə təravətini saxlaya
bilir.
Dünyanın bir çox ərazilərində
həsir əşyalara rast gəlinir. Lakin respublikamızın cənub bölgəsində hazırlanan həsir
məmulatlar diqqəti daha çox
cəlb edir. Bakıda
"Avrovision-2012" beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi müddətdə paytaxt sakinləri ilə yanaşı əcnəbi
turistlərin daha çox
həsirdən düzəldilmiş məişət əşyalarına
maraq göstərmələri buna ən yaxşı sübutdur.
Kim bilir, bəlkə
də bir zamanlar hətta
şah, xan
saraylarını bəzəyən həsirə həsr olunmuş məşhur
Dolayı gəl, dolayı,
Həsiri basma, dolan gəl.
Süpürmüşəm sarayı,
Dolayı gəl,
dolayı, -
mahnısı da elə o vaxtlar
yaranıb...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2012.- 7 oktyabr.- S.8.