Tərtərdə ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtər
rayonuna səfərə gəlmişdir.
Dövlət
başçısı xalqımızın ümummilli
lideri Heydər Əliyevin Tərtər
şəhərinin mərkəzində ucaldılmış
abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Ceyhun Cəfərov
Prezident İlham Əliyevə
abidənin ətrafında, həmçinin rayonda
aparılan abadlıq işləri, eləcə də inşa olunmuş obyektlər
barədə məlumat verdi.
Bildirildi ki, bu obyektlərdən biri də
yeni yaradılmış üç
min tonluq soyuducu anbar kompleksidir. Kompleksin əsas
maliyyə vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun payına düşür. Kompleksin ümumi dəyəri 2 milyon
manatdır ki, bunun da 1,4 milyon manatı Fond tərəfindən güzəştli kredit kimi verilmişdir.
Regionlarda sahibkarlığın
inkişafı, xüsusən də cəbhəyanı
bölgələrdə yeni istehsal müəssisələrinin
yaradılması iqtisadi siyasətin prioritetlərindəndir. Bu
amil nəzərə alınaraq kompleks məhz cəbhəyanı
rayonda inşa olunmuşdur. Beş soyuducu kameradan ibarət olan
kompleksdə yaradılan şərait ətraf rayonların
fermerlərinə də yüksək səviyyədə xidmət
etməyə imkan verir. Bu kompleksin yaradılması ilə
fermerlərin məhsullarını keyfiyyətini itirmədən
saxlaması problemi tam həllini tapır. Kompleksin
inşası kənd təsərrüfatı məhsullarının
istehsalının artırılmasına təkan verməklə,
bölgədə yaşayan insanların maddi rifahının
daha da yaxşılaşdırılmasına və məşğulluğunun
artırılmasına imkan verəcəkdir. Layihənin
icrası nəticəsində burada 26 nəfər işlə
təmin olunmuşdur.
AzərTAc
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 1.