Azərbaycan Respublikası Prezidentinin
Mətbuat Xidmətinin
məlumatı
Oktyabrın
7-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə telefonla
zəng etmişdir.
Azərbaycan Respublikasının
Prezidenti Vladimir Putini
60 illik yubileyi münasibətilə təbrik
etmiş, ona ali dövləti
fəaliyyətində uğurlar
və möhkəm cansağlığı arzulamışdır.
Rusiya Federasiyasının Prezidenti
göstərilən diqqətə
və təbrikə görə Azərbaycan Respublikasının Prezidentinə
minnətdarlığını bildirmişdir.
Dövlət başçıları Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin
bundan sonra da möhkəmlənəcəyinə əmin
olduqlarını bildirmişlər.
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 1.