«Heydər Əliyev Mərkəzinin
Əsasnaməsi»nin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Heydər Əliyev Mərkəzinin
fəaliyyətini təmin etmək məqsədi ilə qərara
alıram:
1. "Heydər
Əliyev Mərkəzinin Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Heydər Əliyev
Mərkəzinin aparatının işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1. cari ilin sonuna
kimi Heydər Əliyev Mərkəzinin fəaliyyəti
ilə bağlı tələb olunan vəsaitin
ayrılmasını müvafiq qaydada təmin etsin;
3.2.
2013-cü il və növbəti illər üçün Azərbaycan
Respublikasının dövlət büdcəsinin layihəsində
Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi
üçün ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə
tutulmasını təmin etsin;
3.3. bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il
6 oktyabr tarixli 161 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009,
¹10, maddə 774) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 oktyabr.- S. 1.